backend

Anjey Kaspşik girovluqda qalmağı humanitar məsələ hesab edir

Anjey Kaspşik girovluqda qalmağı humanitar məsələ hesab edir




















“Bu, siyasiləşməməlidir”.

ATƏT sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik cəbhə xəttində Dağlıq Qarabağda 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədovun erməni silahlı birləşmələri tərəfindən girov götürülməsinə münasibət bildirib.

Qaynarxətt.info xəbər verir ki, A.Kaspşikin APA-nın sorğusuna cavab olaraq bildirdiyinə görə, vaxtaşırı olaraq təmas xəttinə yaxın yaşayan və işləyən mülki şəxslərin özləri də bilmədən qarşı tərəfə keçməsi və saxlanılması baş verir.

Xüsusi nümayəndə qeyd edib ki, BQXK-nın girovlarla təcili təmasa keçməsini və geri qaytarmaq cəhdlərini qətiyyətlə dəstəkləyir. Onun sözlərinə görə, bu addımları aidiyyəti olan qurumlarla görüşlərində də vurğulayıb.

A.Kaspşik əlavə edib ki, istər C.Məmmədovun, istərsə də digər şəxslərin girovluqda qalmasını humanitar məsələ hesab edir: “Bu, humanitar məsələdir və siyasiləşməməlidir”.