backend

Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Prezidentin rayona səfərini niyə görməzdən gəlir? - FOTOFAKT

Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Prezidentin rayona səfərini niyə görməzdən gəlir? - FOTOFAKT

















Azərbaycanda dövlət orqanlarının fəaliyyətinin şəffaflaşdırılması, tədbirlərin daha operativ şəkildə cəmiyyətə çatdırılması üçün icra hakimiyyətlərinin rəsmi saytları fəaliyyət göstərir.

Bu saytların fəaliyyət göstərməsində başlıca məqsəd Dövlət orqanlarının elektron idarəçiliyə keçidi vətəndaşlara daha operativ xidmətlərin göstərilməsi məqsədi daşıyır. Bu həm də dövlətin müasir prinsiplər əsasında idarə olunması anlamına gəlir. Bu prinsiplər vətəndaşların rahatlığının təminatına hesablanıb. Belə ki, vətəndaş müvafiq dövlət qurumunun rəsmi internet portalına daxil olaraq istədiyi informasiyanı rahatca əldə edə bilər. Bu gün demək olar, bütün dövlət qurumlarının internet portalı mövcuddur.

Bəs, görəsən bu elektron portallar necə işləyir? Dövlət qurumları lazımı informasiyanı operativ şəkildə elektron resurslar vasitəsilə vətəndaşlara təqdim edə bilirmi?

AZXEBER.COM bu gündən etibarən silsilə yazılarla rayon icra hakimiyyətlərinin saytlarının monitorinqinə başlayır.

İlk olaraq Füzuli rayon icra hakimiyyətinin http://fuzuli-ih.gov.az saytı haqda oxucularımıza məlumat verəcəyik.

Saytımızın kiçik araşdırması zamanı məlum oldu ki, icra hakimiyyətinin saytına son 2 ayda cəmi 4 xəbər yerləşdirilib. Statistika həvəskarları üçün qeyd edək ki, digər icra hakimiyyətlərində bu rəqəm 15-20 arasında dəyişir. Bu haqda az sonra geniş məlumat verəcəyik.

İlk növbədə onu qeyd etmək lazımdır ki, saytda fəaliyyət göstərən "Ölkə başçısı Füzulidə" rubrikasında çox böyük yanlışlıq və qeyri-peşəkarlığa yol verilib. Belə ki, Prezidentin ötən il Füzuliyə səfəri haqda saytın bu bölməsində heç bir məlumat yoxdur. Əslində isə Füzuli rayon icra hakimiyyətininin diqqətinə çatdırmaq lazımdır ki, İlham Əliyev son dəfə 12 noyabr 2016-ci il tarixində Füzuliyə səfər etmiş, hətta Füzuli rayonu ərazisində ön xətdə yerləşən komanda idarəetmə məntəqəsində əməliyyat şəraiti ilə tanış olmuşdu. Ancaq bu haqda Füzuli rayon icra hakimiyyətinə məxsus rəsmi saytda məlumat yoxdur. Ancaq rəsmi saytda ölkə başçısının Füzuliyə son rəsmi səfəri 28.08.2014 tarixini göstərir. Bu da fakt:

Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Prezidentin rayona səfərini niyə görməzdən gəlir? - FOTOFAKT


Saytda daha bir üzücü məqam isə ondan ibarətdir ki, son 2 ayda cəmi 4 xəbərin yayımlanmasındadır. Bu xəbərlər də jurnalistikadan tamamilə uzaq olan insanlar tərəfindən yayımlanmasındadır. Belə ki, saytda yerləşdirilən son xəbər cəmi 1 cümlədən ibarətdir: "Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Füzuli rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 15 iyun "Qurtuluş günü”nə həsr olunmuş tədbir keçirildi.

Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyev Prezidentin rayona səfərini niyə görməzdən gəlir? - FOTOFAKT


Füzuli rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin nəzərinə çatdırmaq lazımdır ki, Azərbaycan tarixində olduqca önəmli olan və xalqımız üçün bayram günü kimi qeyd olunan "Milli Qurtuluş günü"nə bu cür münasibət heç də ona və icra hakimiyyətinin əməkdaşlarını başucalığı gətirmir. 1 cümlədən ibarət xəbər isə dünyada analoqu olmayan yenilikdir.

Maraqlıdır ki, saytda digər xəbərlər də məhz bu məzmundadır. Ulu öndər Heydər Əliyevin doğum günü ilə bağlı xəbər yalnız bu cümlədən ibarətdir:
"10.05.2017-ci il tarixdə Horadiz şəhərində Ulu Öndər Heydər Əliyevin abidəsi önündə 94-cü ildönümü münasibəti ilə tədbir keçirildi. Tədbirdə rayon rəhbərliyi, rayon ictimaiyyətinin nümayəndələri və ərazidə xidmət edən hərbi qulluqçular iştirak etdi".

Son olaraq onu da qeyd edək ki, rayonun rəsmi "facebook" səhifəsində də sönüklük hiss olunur, səhifəni cəmi 645 nəfər bəyənib.

Yaxşı olar ki, rayon icra hakimiyyətinin başçısı Alı Alıyevin başı biznes imperiyası qurmaqdan ayılsın və dövlətimizin yaratdığı imkanlardan istifadə edərək, ən azından rayonun saytının fəaliyyətinin düzətsin, rayon əhalisinin vəziyyəti və yaşayışı haqda isə dövrü mətbuatda silsilə yazılar yayımlanıb.