backend

Kaspi Təhsil Şirkəti illik hesabatını açıqladı

Kaspi Təhsil Şirkəti illik hesabatını açıqladı












Bu gün Kaspi Təhsil Şirkəti tərəfindən (əvvəlki Kaspi təhsil mərkəzi) 2013-2014-cü tədris ilinə dair yekun hesabatın verilməsi və gələcək plan, nailiyyətlərdən ictimaiyyəti xəbərdar etmək məqsədilə ənənəvi mətbuat konfransı keçirilib. Qaynarxətt.info-un verdiyi xəbərə görə, tədbirdə Kaspi Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva, şirkətin direktoru Elnur Əliyev və digər əməkdaşları, Təhsil Nazirliyinin nümayəndəsi, eləcə də Kaspi Təhsil Mərkəzlərində hazırlaşmış keçmiş abituriyentlər iştirak edib.

Mətbuat konfransında çıxışı zamanı Kaspi Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri Sona Vəliyeva bildirib ki, 2013-2014-cü tədris ilində Kaspi Təhsil Mərkəzləri abituriyent hazırlığı üzrə 97 faiz nəticə göstərib.

Onun sözlərinə görə, tələbələrin 10 faizi 600-dən yuxarı, 25%-i 500-600 arası, 35 faizi isə 400-500 arası bal toplayıb: "3 tələbə isə daha yüksək nəticələr göstərərək Azərbaycan Diplomatiya Akademiyası, Azərbaycan Tibb Universiteti və Prezident yanında Dövlət İdarəçilik Akademiyasına daxil olublar. Şirkət fəaliyyət göstərdiyi gündən indiyədək 5 minə yaxın abituriyent ölkənin müxtəlif universitetlərində təhsil almaq hüququ qazanıblar. Bu il Kaspi Təhsil Şirkətinin 150-yə yaxın tələbəsi xaricdə təhsil almağa göndəriləcək. Şirkət hər zaman tələbələrə yüksək səviyyədə təhsil vermək, eyni zamanda, gələcəyə peşəkar kadr hazırlamaq üçün çalışır ".

Tədbirdə eyni zamanda təhsil ocağının fəaliyyət göstərdiyi 7 il ərzində digər uğurlardan söz açan şirkətin direktoru Elnur Əliyev Kaspinin bir mərkəz kimti necə fəaliyyətə başlaması, onun inkişafı yolunda hansı addımların atılmasından danışıb və Kaspinin artıq "Şirkət" statusunu daşıması xəbərini verib: "Diqqət yetirilən digər mühüm məqam isə Kaspi Təhsil Şirkətinin yeni "Kaspi liseyi"nin və bu liseyin nəzdində "Kaspi uşaq bağçası"nın açılışıdır. Bu il həmçinin Şirkətin 2 filialı- Nəsimi və Masazır ərazində fəaliyyətə başlayacaq. Yeniliklər bununla kifayətlənmir və gələcəkdə də bu istiqamətdə işlərimiz davam etdiriləcək".

Mətbuat konfransının sonunda yüksək nəticə göstərən tələbələrə şirkət tərəfindən hədiyyələr təqdim olunub.