backend

TƏCİLİ! İşıq pulu ilə bağlı əhaliyə VACİB xəbər- Bu gün bütün borclar...

TƏCİLİ!  İşıq pulu ilə bağlı əhaliyə VACİB xəbər- Bu gün bütün borclar...

"Azərişıq" ASC Ramazan Bayramı günlərində ehtiyat tədbirlərini gücləndirəcək.

Bu barədə Sonxeber.az-a açıqlamasında ASC-nin mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev məlumat verib.

Onun sözlərinə görə, bu məqsədlə ASC-nin Mərkəzi Aparatı və Regional Enerji Təchizatı və Satışı İdarələri (RETSİ) üzrə məsul vəzifəli şəxslərdən ibarət növbətçilik təşkil ediləcək. Qarşıya qoyulan vəzifə qeyri-iş günlərində enerji istehlakçılarının, bayram tədbirlərinin keçiriləcəyi yerlərin fasiləsiz elektrik enerjisi ilə təchiz olunması, habelə baş verə biləcək hər hansı qəza hadisəsinin qarşısının dərhal alınmasıdır.

T.Mustafayev əlavə edib ki, borcu olan abonentlər borclarını vaxtında ödəməlidirlər.Bayram günlərində abonentlərimizin əhval-ruhiyyəsinin yüksək olması üçün yəqin ki borclarını qabaqcadan ödəyəcəklər. Hələ ki borclu abonentlərin ödənişləri icra etmələrində problem yaranmayıb. Yəqin ki borcu olan abonentlər də bayram günlərinədək borclarını ödəyəcək. Ümid edirik ki bayram günlərində də hər-hansı xoşagəlməz hal olmayacaq.

"Azərişıq" ASC rəsmisinin sözlərinə görə, elektrik şəbəkələrində normal iş rejiminin təmin olunması məqsədilə RETSİ-lər üzrə təşkil edilmiş növbətçilik üzərində nəzarət gücləndiriləcək və müvafiq tədbirlər görüləcək. Baş vermiş qəzaların (199 – çağrı mərkəzi) nəticələrinin aradan qaldırılması halları istisna olmaqla, bayram günlərində tədbirlərin keçirildiyi yerlərdə aparılması planlaşdırılan işlərin müvəqqəti olaraq dayandırılması da təmin ediləcək.