backend

Tələbələrin nəzərinə!

Tələbələrin nəzərinə!
















Tibb Universitetinə köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) Azərbaycan Tibb Universitetinə köçürülmək istəyən tələbələr üçün yoxlama imtahanı keçirəcək. Qaynarxətt.info Tələbə Qəbulu üzrə Dövlət Komissiyasindən istinadən verdiyi məlumata görə, TQDK sentyabrın 9-da xarici ölkələrin tibb üzrə ali təhsil müəssisələrindən və Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsindən Azərbaycan Tibb Universitetinə tələbələrin köçürülməsi ilə bağlı yoxlama imtahanı keçirəcək.

İmtahan saat 14:00-da Azərbaycan Tibb Universitetinin V korpusunda başlanacaq və 1 saat 30 dəqiqə ərzində aparılacaq.

Köçürülmə ilə əlaqədar keçiriləcək imtahanda iştirak etmək üçün TQDK tərəfindən sentyabrın 3-dən 5-dək tələbələrin qeydiyyatı aparılmış və 38 tələbə müraciət edib.

Tələbələr imtahana gələrkən aşağıdakı sənədləri özləri ilə gətirməlidirlər:

• Şəxsiyyəti təsdiq edən sənədin əsli;

• “Tələbənin imtahana buraxılış vərəqəsi” (buraxılış vərəqəsi tələbələrə TQDK-dan təqdim olunur).

İmtahan aşağıda təqdim olunmuş fənlər üzrə aparılacaq:

I kurs tələbələri - Normal anatomiya (I və II semestrin materialları əsasında), Tibbi biologiya və genetika, Ümumi və bioüzvi kimya;
II kurs tələbələri - Normal anatomiya, Normal fiziologiya, Biokimya;
III, IV, V kurs tələbələri - Patoloji anatomiya və patoloji fiziologiya, Mikrobiologiya, Biokimya.
İmtahanda hər fənn üzrə 20 sual olmaqla ümumilikdə 60 test tapşırığı təqdim olunur və suallar Azərbaycan Tibb Universitetinin tədris proqramları əsasında hazırlanıb.

Test imtahanında hər düzgün cavab bir balla qiymətləndirilir. Səhv cavablar tələbənin imtahan nəticəsinə (yekun balına) təsir göstərmir.
Hər bir fənn üzrə topladığı balı 6-dan, ümumi balı isə 30-dan az olmayan tələbələrin biliyi məqbulla qiymətləndirilir.