backend

MƏN FAHİŞƏYƏM...

MƏN FAHİŞƏYƏM...

Fahişəyəm. Bəli mən bir fahişəyəm. Səhv eşitmədiniz. Çoxlarına görə dünya gözəli olan və kişilərin tələbatını pul qarşılığı ilə ödəyən bir gözələm, çoxlarına görə isə adi bir zibil qutusundan fərqim yoxdur. Mən elə bir fahişəyəm ki, çox ailələr mənə görə dağılıb. Bundan zövq almıram, ancaq mənim işimin də qanunları budur: ” Ailə dağıtmaq”. Ha-ha-ha-ha

Necə belə oldum?

Hələ orta məktəbdə oxuyarkən, atamı qaraciyar xərçəngindən uşaq yaşlarımda itirmişdim. Anam ilə mən bir-birimizə tutunmuşduq. Atamın ölümünü ikimiz də gözlədiyimizdən onun ölümünə çox sarsılmadıq. Şəriət qaydalarını yerinə yetirib atamı qonşuların köməyi ilə dəfn etdikdən sonra yenə öz həyatımıza baxırdıq. Atamın mənimlə bağlı bir arzusu var idi ki, məktəbi yaxşı bitirib və Bakıda gedib universitetdə oxuyaraq diplom sahibi olum.

Atamı sevirdim, ancaq sağlam olanda. O qədər içirdi ki, onun sevgisi elə hər içdiyi qədəh qədər azalırdı. Hiss edirdim ki, onun bu sarxoşluğu anamı çox məyus edir. Gecə ikən atam anamı döyər, səhər açılanda isə gecəni xatırlamazdı və hər səhər onun üzündən öpərək oyandırardı. Amma nə olsun?! İçki onu öldürdü, anam dul, mən isə yetim qaldım.

Siniflərim artdıqca dərslərin də çətinləşdiyini görüb , qorxuya düşürdüm. Qorxurdum ki, atamın arzuları özü ilə yatdığı qəbrində qalsın.

Bacarmırdım, oxuya bilmirdim… Nə müəllimlərin verdiyi dərs yaxşı idi, nə də ki, özümün hövsələm çatmırdı. 10-cu sinifə keçdikdə isə oxuyub Bakıya getmək xəyallarından vaz keçmək lazım olduğunu, real həyata qayıtmağımı və seriallara baxaraq, özümün qismətimi – “bəyaz atlı şəhzadəmi” gözləmək qərarına gəldim. Oxumamaq anam üçün də sərfəli idi. Çünki atamın qoyduğu pul get-gedə tükənirdi.

Pul bitdikcə anamın qorxuları da artırdı. Anam rayonda iş tapmağın çətinolduğunu fikirləşərək daha da tədirgin hala düşürdü. Artıq toy günündən qalma qızıllarını da satmağa başlamışdı.

Zaman da su kimi sanki keçirdi. Pəncərəmdən görsənən ağacı tez-tez geyim dəyişərkən görürdüm. Gah yarpaqları yaşıl, gal qırmızı xəzan , gah lüt budaqları qarlı, gah da yeni tumurcuqlamış zamanla şahidi olurdum. Beləcə 1 il artıq geridə qoymuşdum. Həyatımda dəyişən yeganə bir şey anam idi…
Anam evə çox gec gələr, bəzən də üzərindən siqaret və araq iyi gələrdi. Mən soruşanda ki, hardaydın, o mənə cavab olaraq qulluqçu işlədiyini deyirdi. Zaman keçdikcə, o özü mənə izah elədi ki, məni yedizdirmək, geyindirmək üçün bu işlə məşğul olmaq məcburiyyətindədir. Bunun üçün anamla dalaşsam da, ona söysəm də, zaman-zaman ona alışırdım. Artıq hər gecə evin qarşısında müxtəlif maşınlar dururdu, bir siqnala anam maşında olurdu və gecəni evə gəlmirdi.

Anamın belə olması, qorxurdum ki, rayonun hər yerinə yayılsın. İstəməzdim ki, qismətim qapansın.

Amma hər şey gözlədiyimdən fərqli oldu. Həftə içi bir gün və ya iki gün dərsə gedirdim. Qorxurdum ki, atesstat verməsinlər. Elə yenə bir gün dərsə gedirdim. Hiss etdim ki, xarici bir maşın arxamca düşür. Bu birinci məni narahat etdi. Amma yol ilə gedərkən, gözucu maşının içindəki oğlana baxdım və yaraşıqlı olduğu mənə məlum oldu.

Dərsdən qızlar ilə çıxarkən, o maşındakı oğlan mən tərəfə boylanırdı. Qızlar saçlarını əlləri ilə düzəldib, bu yaraşıqlı oğlanın onlara baxdığını fikirləşdilər. Amma bilirdim ki, o mənə görə gözləyib və mənə görə buradadır. Mən evə gəlib uzandım və ürəyimdən ilk dəfə sevgi toxumlarının səpildiyini hiss etdim. Oğlan həm yaraşıqlı, həm də maşınlı biri idi. Onun xəyalları ilə yatağımda qıvrılarkən tez-tez binanın qarşısından maşın keçirdi və mən də iradəmə hakim çıxa bilməyib pəncərədən baxdım. O maşın binanın qarşısından keçirdi və məşhur meyxanalardan birini qoyaraq sanki, mənə serenat edirdi. Mənim pəncərədən baxdığımı görüb, çox sürətlə maşını şütüyüb getdi.

O oğlana görə artıq dərsə hər səhər durub gedirdim. Anam məndəki ani dəyişikliyi hiss etmişdi. Onun oxumaq həvəsinə düşmədiyimi yaxşı bilirdi, ancaq heç nə demirdi. Çalışrdım ki, hər gün evdən çıxanda bir öncəkindən daha gözəl görsənim. Bir gün saçımı səliqə ilə toplayırdımsa, digər gün saçımı fenlə darayaraq düz edirdim. Bu nəinki o oğlana məni sevdirmişdi, hətta məktəbdə hər kəs gözlərini məndən çəkə bilmirdi. Artıq bütün 11-ci sinif oğlanlarından sevgi məktubları alırdım.

Bir gün dərsdən çıxarkən elə hiss etmişdim ki, o oğlan mənə yaxınlaşacaq. Yolla gedərkən o mənə yaxınlaşdı və dedi:

– Salam, necəsiniz? – o, həyəcanlı görsənirdi.
– Salam, yaxşıyam – qərara gəlmişdim ki, elə bu gündən tanışlıq verəcəyəm. Qorxurdum ki, naz eləsəm onu itirim.
– Bilirsiniz, sizi görmüşəm və çox bəyənmişəm. Mənə hə desəniz daha gözəl həyat yaşaya bilərik və uzun ömürlü bir münasibət qura bilərik. Çünki sizdə özümü tapıram, çoxdandır yaxınlaşmaq istəyirdim, ancaq qorxurdum. – necə gözəl səsi var idi? necə yaraşıqlı, hündür boy oğlan idi…bu cümlələrlə ifadə edə bilmərəm. Belə bir oğlana necə yox deyəcəkdim? Həmin vaxtdan sonra fikirləşmişdim ki, elə əsl bəyaz atlı şəhzadə odur.
– Nə deyim… – həyəcandan nəfəsim kəsiləcəkdi.
– Bu nöməni götürün. Əgər axşam mənə mesaj yazsanız biləcəm ki, bu münasibət mümkündür. Yazmasanız, bir də qarşınıza çıxmayacam. – kağıza yazılmış bir cümləni mənə uzatdı.
– … – heç nə deyə bilmədim. Onun qara gözlərini qarşısında səssiz qılınmışdım. Kağızı götürdüm.
– Sadəcə bir söz soruşub indi gedirəm. Adınız nədir?
– Sevil.
– Mənim də adım Nihaddır. Ümid edirəm axşam fikirləşəndən sonra mesaj yazıb məni sevindirərsiniz. – deyib getdi.
Mən aşiq olmuşdum. Bunun başqa adı yox idi. Kaş yenə qalıb təbəssümlü üzü ilə, qalın səsi ilə mənlə danışardı. Nihadla ilk baxışdan 27-28 yaş vermək olardı. Geyimindən, yerişindən bilinirdi ki, alicənab biri idi. Elə o maşınına minib gedərkən ürəyimi də özü ilə apardı.
Həmin gün evə gec gəldiyimə görə anam məni bərk döydü. Mənə eləcə qışqırırdı ki, “Yoxsa oğlanla gəzirsən?! Mən oldum fahişə, bəyəm sən də olmaq istəyirsən?!” . Mən dansam da anam inanmadı. Yatağıma uzanıb, anamın mənə atdığı sillələri deyil, Nihadı fikirləşirdim. Yorğanın altına girərək, telefonu götürüb Nihada mesaj yazdım və beləcə bizim münasibətimiz başladı…

1 ay yazışdıq və daha sonra görüşməyə başladıq. Anamın bundan xəbəri olanda məni bərk döydü və daha sonra sobanın alovunda bıçağı isidərək qıçama dağ basdı. Acısından naləm evi götürmüşdü. Anam belə edəndə onu bərk itələdim və ona ” Fahişə ” deyərək hayqırdım. O üzərimə gəlib sillə çəkmək istərkən əlindən tutub onu itələdəm. Anam ağzı üstə yerə yıxıldı. Artıq o başa düşmüşdü ki, qarşısında uşaq yoxdur.

Sol dizimin üzərində ləkə qalmışdı. Bu olanlardan Nihadı xəbərdar etmədim.
Bir gün Nihadın “Bəlkə gedək Bakıya?!” – sualına dərhal getmək istədiyimi bildirdim. Elə ani qərarın səhəri günü aylardır qəpik-qəpik topladığım 300 manat pulu götürüb Nihadın maşınına minərək getdim. Zatən artıq anama da nifrət edirdim və bilirdim ki, bu nifrət qarşılıqlıdır.
Maşında mahnılara qulaq asdıq, dedik-güldük. İlk dəfə Bakıya getməyin də həyəcanını yaşayırdım. Günorta saat 1-də çatdıq. Şəhəri xeyli gəzdik. İçəri şəhərin küçələrində qucaqlaşaraq gəzişdik, qoşa minarələr qalxdıq və orada öpüşdük. Həmin vaxt rus bir qadın balkondan qışqıraraq, evdə uşaqların olduğunu söylədi və biz də oradan qaçdıq. Daha sonra Nihad məni dincəlmək üçün otelə apardı.

Otağa girər-girməz onunla dəli kimi öpüşməyə başladım. Nəfəsini dərərək tez-tez “Sevil” deyərək, adımdakı sonuncu “L” hərifini uzadırdı. Həyatımda ilk dəfə sevişirdim, nə olacağını da bilmirdim. Nə Nihad özünü saxlaya bilirdi, nə də mən. Elə hey dodaqlarımız bir-birimizin bədənində gəzirdi. Onun quru dodaqlarının yumşaldığını və şirinləşdiyini hiss edirdim.
Bu sevişmənin sonu mənim bəkarətimin itirməyimlə nəticələndi. Bunun üçün pis olmadım, əksinə sevdiyim oğlana təslim olduğum üçün sevinirdim. Axı o mənim şəhzadəm idi.

Sonra bir neçə dəfə də acgözlüklə sevişdik.

Axşam yeməyini türk restoranlarından birində yeyirdik və Nihad mənə dedi ki, Ukraynaya getməlidir. İlk öncə pis olmuşdum, amma mənə bildirdi ki, tezliklə gələcək. Orada ticarət işləri var imiş. O bilirdi ki, mən rayona geri dönə bilmərəm, məhz bu səbəbdən o səhəri əşyalı bir ev kirələyərək məni ora köçürtdü. Gələnə kimi bu evdə qalacağammış. 200 manat da pul verdi və getdi.
İlk həftə Nihaddan xəbər ala bilmədim. Artıq səbrim tükənirdi, qorxuya düşürdüm. Yuxusuz gecələrdən birində, mənə zəng etdi və telefonda danışmağa başladı:
– Bilirsən, burda işlər bərbatdır, mən iflas oluram yavaş-yavaş. Mənim ora gəlməyimi gözləmə, bağışla…
– Nə danışırsan nə edəcəyəm bəs?
– Rayona qayıt.. Ayrı variant yoxdur!
– Sənin məqsədin məni bədbəxt etmək idi? Bundan sonra mən nə edəcəm?
– Eeeeeeeeeh, elə bilirsən bilmirəm?! Fahişənin qızını alası deyildim ki? Nə bilim ki, bu günə kimi kimlərnən olmusan-olmamısan?! Bitdi artıq, unut mənu!
– Nihad… – ağlamaqda nitqim qurumuşdu. Qulağımdakı telefonda artıq onun səsi gəlmirdi.

Aldadılmışdım, alçaldılmışdım… Kim üçün, nə üçün yaşayacaqdım?! Qayıda da bilməzdim… Sevdiyim insanın belə etməsi məni həyata bağlayan ipdən qoparmışdı…

Vaxt öz sözünü deyirdi. Sürətlə keçirdi və ayın sonuna yaxınlaşırdı. Əlimdəki pulun çox hissəsini evin kirəsinə, qalan hissəsini də yeməyimə verdim və qərara gəldim:

” Əgər mən bir fahişə qızıyamsa və sevdiyim şəxs məni fahişə kimi görürsə, qoy elə fahişə olum”

Qərarımda qəti idim.

Uzun yubkam var idi, qayçı əlimə alaraq onu dizdən 4 qarış yuxarı kəsdib və aşağısını qatlayıb tikdim, sinəsi qapalı köynəyi isə yaxasını kəsərək, səliqə ilə tikdim. Sonra hamama girərək çimdim, üzümdəki və bədənimdəki artıq tükləri təmizlədim. Saçımı qurutduqdan sonra dodaqlarımı boyayıb üzümə tananin kremi ilə toz sürtüb, gözlərimə qara və ten çəkdim. Hazırladığım paltarı da geyinib güzgünün qarşısında dayandım. Özümə baxaraq dedim:

” Oldum Fahişə”

Mağazaya daxil olub, bir dənə nəzik siqaret aldım. Siqaret çəkə bilmirəm, heç vaxtda çəkməmişəm. Ancaq, “Fahişə” oluğumu göstərmək üçün bu siqaret vacib idi. Azərbaycanda siqaret çəkən və içki içən qadınlara həmişə əxlaqsız qadın kimi baxırlar. Siqaret fahişələr üçün pasportdur.

Elə mağazaya girib siqaret istəyədə, içəridə olan iki kişi həsrətlə mənə baxdılar. Artıq axşam saat 10 idi. Hava qaralmışdı. Yolun qırağına keçərək bir dənə siqaret yandırdım. Maşınlar keçəndə siqnal verir, cavanlar başını aynadan çıxarıb “fışqıraq” çalırdılar . Pulu olmayanlar bu yolla öz ehtiraslarını şiddətləndirirdi. Çox keçmədi ki, xarici bir maşın saxladı:

– Min görüm maşına. – boğazından qalstuk sallanan kişi sağ qapıya boylanaraq dedi.
– Əvvəlcə qiymət . – filmərdə belə deyirdilər səhv etmirəmsə.
– Neçə deyirsən?
– Gecəsi 200 manat.
– Gəl ey gəl. – kişi sevinərək dedi. Hiss olunurdu ki, varlı biri idi.

Yaxşı bir otel getdik. Kişi özümdən 20-25 yaş böyük olardı, saçları ağarmışdı. Ona izah elədim ki, ilk dəfə belə bir işə başlamışam. Kişi sevincindən az qala uçsun. Amma bakriə olmadığımı görəndə sözlərimə inamı azalmışdı. Gecə boyunca nə dedisə, onu da elədim. Səhər özü məni şəhər mərkəzinə düşürdü.
Günlər mənlə vidalaşdıqca, mən də işimdə professionala çevrilirdim. Sado-mazoxist varlılar zorlamağı sevirdi və mən də artıqlaması ilə pulumu alırdım Artıq ən yaxşı paltarları geyinirdim, marka telefon işlədirdim, ürəyim nə istəyirdi yeyirdim. Fahişə olmağıma baxmayaraq azadlığımın həzzini çıxarırdım. Xüsusi müştərilərim var idi ki, onlar elə bilirdilər ki, məni “saxlayırlar”. Ona görə qızıl da hədiyyə edən olurdu.

Şəhərdə mağazaları gəzərkən sinif yoldaşlarımdan birini gördüm. Universitetə qəbul olmuşdu. Məni görəndə tanınmamışdı və dəyişiliyimi fərqinə varmışdı. O təhsil alıb aclıq çəkirdi, ancaq mən hər şeyimlə ondan irəlidəydim. Restoranda oturub keçmiş günlərdən danışdıq. Sonra qəflətən mənə dedi :
– Sən niyə dəfnə rayona gəlmədin o vaxtı?
– Nə danışırsan, atam vəfat edəndə mən orada idim. Necə bəyəm?!
– Yox..yox.. sən ananın vəfatında yox idin.
– … – əslində pis olmadım.
– Bilirdin?
– Hə bilirdim…(yalan dedim) Anam ilə ayrılmağım artıq illər olub. Nə o məni qızı kimi görürdü, nə də mən onu ana kimi… Bəs necə oldu ki, öldü?
– Deyirdilər ki, qanına mikrob keçib. AİDS-di, nədi ondan olubdu.
– Axırı bu idi zatən…
Gecə evə gəldiyimdə ağlamışdım. Hətta müştərilərin zənginə də cavab vermirdim. Məni “saxlayan” müştərilərdən biri evə gəlib qapını döydü və mən açdım. Normalda heç vaxt evə heç kimi almırdım, amma nəsə kimləsə söhbət etmək istəyirdim. Bunlar üçün də fərqi yox idi mənim hal-əhvalımdan. Nə qədər yox desəmdə, heyvan kimi ehtiraslanmışdı. Onunla sevişməyə başladım…

Bir gün, hiss etdim ki, hər ay yaşadığım aybaşı kəsilibdir. Həkimə gedib analiz verdim. Qorxurdum ki, mən də anam kimi olum. Elə eyni aqibəti yaşayırıq… Həkim bir neçə saatdan sonra mənə dedi ki, bəs sən hamiləsən.
Uşağı aldırmağı düşündüm və həkimə dedim. Həkim isə cavabında, belimdə boşluq olduğunu dedi və rəhmin parçalanma ehtimalını, əgər bu işi etsə qan axmadan ölə bilməcəyimi söylədi. Uşaq 8 aylığına çatdığında ancaq keyser yolu ilə əməliyyat edib uşağı dünyaya gətirəcəyini söylədi.
Başqa həkimlərə də getdim, hamısı eyni şeyi təkrar elədi.
Ayrı əlacım yox idi, uşağı dünyaya gətirməli idim…
Müştəriləri azaltmışdım, artıq kənarda da kifayət qədər pulum var idi. Mütəmadə olaraq, ən yaxşı müştərilərlə görüşüb, pul qazanırdım. Artıq hamiləliyim bilinəndən sonra o müştərilərdən də səs çıxmadı. 8 ay tamamlandı və keyser əməliyyatı ilə bir oğlan dünyaya gəldi. Hərçənd ki, nədənsə Tanrı fahişələrə həmişə qız uşağı verir ki, sanki anasının yolunu davam edəcək. Narkozun təsirindən gec oyandığım üçün, uşağı bir az gec qucağıma aldım. Oğlumun adını Nihad qoydum, hərçənd ki, uşağın real atasının konkret kim olduğunu bilmirdim.
Mən xəstəxanadan çıxarkən, qış fəsli idi. Hər yan ağappaq idi. Binaların şiferlərindən damlayan sular donmuş, xənçər kimi biz görsənirdi. Oğluma xeyli bazarlıq elədim, habelə bir beşik də aldım. Artıq pulum da tükənirdi. Üzərimdə bir az əl gəzdirdim və keçmiş görkəmimə qayıtdım. Oğlum Nihadı qoyub gedə bilmirdim, qonşunun qızı Səlcana verirdim baxsın, mən də bu arada gecə işə çıxırdım. Sonra eşitdim ki, Səlcanın atası qızını döyüb ki, o fahişənin uşağına baxmasın.

Mən də artıq məcbur olub, müştəriləri evdə qəbul edirdim. Bir tərəfdən Nihadın ağlaması, bir tərəfdən də mənim işim… Nihadın ağlaması , müştərilərimin həvəsini də qaçırırdı.
Bir qış axşamı oturub fikirləşdim…
Gün gələcək hər kəs Nihadı “bicbala ” kimi çağıracaqlar. Buna görə həyatı boyu peşman olacaq…
Gecə ikən mənə bir zəng gəldi, gecəsinə yaxşı pul verəcəyini söylədi. Gecənin düz ortasında, çöldə şiddətli qar yağrdı. Mən paltarımı geyindim, Nihadını da bələyə büküb, beşiyin içinə qoyub evdən çıxdım. Həqiqətən hava çox soyuq idi…
Nihadı bir qapı kənarına qoymaq istəyirdim. Ona baxan olacaqdı əlbət…
Yaxınlıqda bir varlı ailə var idi. Bu günə kimi uşaqları olmayıb. Onlar üçün göydən düşmə olardı Nihad. Məhz o evə getdim. Villalarının böyüklüyü elə sübut edirdi ki, Nihadın gözəl gələcəyi olacaq. Saatıma baxdım və gecikdiyimi gördüm. Müştərinin verəcəyi pulu itirmək istəmirdim. Ona görə Nihadı bərk-bərk qucaqlayıb, üzündən-gözündən öpüb qapının ağzına qoydum, qapının zilini bir neçə dəfə ard-arda çaldım və oradan qaçdım.

Müştərinin dediyi vaxtdan bir az geç çatdım, amma 50 yaşlı bu kök kişi məni görəndən sonra üzündəki narazıçılıq yoxa çıxdı. Mənim bədənimin qarşısında heyran qalmışdı. Mənə içki süzdü, siqaret çıxardıb yandırdım, içkini bir başa dibəcən içdim. Daha sonra stolun ütünə səpələnmiş kokayini iyləyərək bu kişi ilə öpüşməyə başladım, onun əlləri bədənimdə, baldırımda gəzirdi. Mən bacardığım qədər onun kefni xoş tuturdum. Bir gecə də 3 dəfə mənlə birlikdə oldu. Dediyi miqdardan da çox pul verdi və öz maşını ilə məni səhər tezdən yola salmaq istədi. Gecə şaxtalı keçdiyindən yollar buz bağlamışdı. Maşın yolda sürüşə-sürüşə gedirdi.

Müştərim ilə evəcən gecəki ləzzətdən danışa-danışa gedirdirdim. Maşını dayandırdım və qalan yolu piada getməyimi istədim. Elə də etdik.
Maşından düşəndə havanın ilk dəfə belə soyuq olduğu ilə qarşılaşmışdım. Evə gedərkən , mənim üçün çətin olduğuna baxmayaraq, Nihadımı qoyduğum evin önündən keçmək qərarına gəldim.
Qarın içində səndirləyə-səndirləyə yeriməyimə baxmayaraq, bir təhər ora çatdım. Çatdığımda gözlərimə inana bilmədim…

Nihad hələ də yerdə idi. Qapını heç kim açmamışdı… Qaça-qaça ona doğru getdim və qarşısında diz çökərək, qucağıma aldım…

Nəzik qaşları buz bağlamışdı, bədənini götürərkən sanki taxta parçası götürdüm. Rəngi göm-göy göyərmişdi. Üstümdəki paltarı çıxartdım ona doladım, paltomun az olduğunu fikirləşərək svitermi də çıxardım. Dizlərim yerdə, onu qucağıma alıb isitməyə çalışırdım. Ancaq hiss etdim ki, Nihadım nəfəs almır. Elə bil başıma qaynar su tökdülər, yarı çılpaq olmağıma baxmyaraq, o istiliyi hiss etdim.

( Həmin an)

” Nihad…. Nİhad… Anan sənə qurban, nəfəs al ! Nihaaaad! Nihad, qurban olum, nəfəs al”

“O ölməyib, bilirəm, hə-hə o ölməyib! Hahahahahahahaha! Mənim oğlum yaşayır, o ölməyib. Hahahaha….Mən fahişəyəm! Hahahahaha! O ölməyib! Nihad ölməyib! ”

Bir neçə nəfər çılpaq qadının başına yığılır və qucağındakı cəsəddən onu ayırmağa çalışır.

“Hara götürürsünüz???? O ölməyib! görmürsünüz? Baxın… nəfəs alır.. O ölməyib!”

” Allah rəhmət eləsin” – deyən bir kişi, daha sonra: ” Zəng edək polis və təcili yardım çağıraq” – deyə ətrafındakılar ilə məsləhətləşdi.

“Nə rəhmət eləsin? Nihad ölməyib! “- cəsədi bədəninə bərk-bərk sıxaraq deyir.

” Nəfəs alsan bir də fahişəlik etməyəcəm, hahahahah” – artıq Sevilə baxan hər kəs başa düşmüşdü ki, ağlını qaçırıb. İçlərindən bir kişi Sevilə yaxınlaşaraq üzünə sillə çəkdi ki, şokun təsirindən ayılsın. Sevil, “Nihadım ölməyib ” – qışqıra-qışqıra ayağa-qalxıb çılpaq halda qaçmağa başladı. Arada yerə yıxılır, qucağındakı donmuş cəsəd özü ilə yerə düşürdü, sonra yenidən qucağına alıb Nihadın cəsədini öpə-öpə qaçırdı. Onun fəryadını eşidən insanlar bir yerdə cəmləşib ürəkağrısı ilə onu seyr edirdilər. Bəmbəyaz qarlar içərisindəki yarı çılpaq qadın elə hey qışqırırdı:

” MƏN FAHİŞƏYƏM”

Nejat