backend

Biri xəstə arzulayır, o biri ölü...

Biri xəstə arzulayır, o biri ölü...

“Qulaqburması” Bakı apteklərində “alverin”vəziyyəti ilə maraqlanıb.Söhbətə tutulan aptek işçilərinin dediklərinə görə neçə aydır ki,onların bazarları ölüb.Yəni, tərslikdən xəstələnənələrin sayı istilər düşəndən çox azalıb.Ən maraqlısı budur ki,bu giley-güzarı aptek dələduzları böyük ürək ağrısı ilə dilə gətirilər.
Görün, “Əhmədli” metrostansiyasının yaxınlığındakı aptekin satıcısı Vahid Alişovun müxbirin- “Dərmanlarınız necə satılır? - sualına verdiyi cavaba baxın: -“Yay gələndə alver yaxşı getmir.”
Adamın lap yazığı gəlir bu dələduza.. Və qeyri-ixtiyari düşünürsən:-Bu bədbəxt əsil xəstədir ki! Onun özünün psixotrop dərmanlarına böyük ehtiyacı var.Sanki pomidor-xiyar, nə bilim kələm , kartof satırmış kimi alverinin zəif getdiyindən gileylənən bu cür aptek dələduzlarına yalnız bir sözümüz var: “ Əhsən zatınıza,daha doğrusu o qırıq zatınıza. Belə giley- güzar eyni zamanda Bakının “Gənclik” , “Nizami” ,” Sahil” metrostansiyalarının ətrafında müştəri ovuna çıxan aptek dəllallarının da dillərindən eşidilib.Belə yaramazalara eksklüziv olaraq bir şad xəbər çatdırmaq istəyirik.Şübhəsiz bu ancaq onlar üçün , millətinin hər bir üzvünü xəstə görmək istəyən aptek dəlllaları üçün şad xəbər ola bilər:
-Heç narahat olmayın,çox çəkməz ki, bazarınız qızışar.Küçədə sanitar -gigiyeniya qaydalarına məhəl qoymayan meyvə-tərəvəz alverçiləri tezliklə köməyinizə çatar.Öz çirkli məhsulları ilə zəhərlədikləri alıcıları hüzurunuza göndərərlər.Ölən üçün nə fərqi?-Ya onların yemiş-qarpızlarından zəhərlənib ölsün, ya da ki, sizin zəhər dadan saxta dərmanlarınızdan. Ölü deyəndə yada hökmən molla düşür.Siz xəstə qıtlığından gileylənirsiniz, molla isə ölü qıtlığından.Hər biriniz də bu cəmiyyətin üzvü sayılırsınız.Biriniz xəstə arzulayan üzvü, birinizsə - ölü.