Xalq artisti ilə vida mərasimi keçiriləcək - yeri və vaxtı dəqiqləşdi

hadise 27-06-2017, 10:09
Xalq artisti ilə vida mərasimi keçiriləcək - yeri və vaxtı dəqiqləşdi

















Bu gün dünyasını dəyişən xalq artisti Qəndab Quliyeva ilə vida mərasimi keçiriləcək.

Bu barədə xalq artistinin oğlu Hafiz Həmidov məlumat verib.

O bildirib ki, bu gün saat 10:00-dan 12:00-a qədər Təzə Pir məscidində Q.Quliyeva ilə vida mərasimi olcaq.

Xatırladaq ki, Q.Quliyeva bu gün səhər saatlarında rəhmətə gedib.

Qeyd edək ki, bir neçə dəfə insult keçirən xalq artistinin vəziyyəti bu ilin fevral ayından ağırlaşmışdı. Bir neçə gündür Respublika Diaqnostika Mərkəzinə yerləşdirilən xanəndənin bu sabah vəziyyəti pisləşdiyindən həkimlər onu süni nəfəs aparatına qoşmuşdular. Vəziyyətində heç bir irəliləyiş olmayınca, həkimlər Q.Quliyevanın ailə üzvlərinə onu evə aparmağı məsləhət görüblər. Xalq artisti xəstəxanadan çıxandan sonra dünyasını dəyişib.

lent.az
Oxunub: 379
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Sentyabr 2019    »
BeÇaÇCaCŞB
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30 


ILK-10