backend

Qız Qalasının yanında maşın aşdı

Qız Qalasının yanında maşın aşdı




















Avtomobil yararsız vəziyyətə düşüb.

Bakının Səbail rayonunda maşın aşıb.

Qaynarxətt.info APA-ya istinadən xəbər verir ki, hadisə Qız Qalasının yaxınlığında qeydə alınıb.

“KİA” markalı avtomobilin sürücüsü Mehman Zeynalov maşını Fuad Mürvətovun idarə etdiyi “Nisaan”a çırparaq aşırıb. Hadisə yerinə Dövlət Yol Polisinin Səbil Rayon Şöbəsinin əməkdaşları gəliblər.

İlkin araşdırmalar nəticəsində məlum olub ki, qəzaya bir başqa maşının “KİA”nın yolun çıxması səbəb olub. Qəza zamanı sürücü Mehman Zeynalov yüngül xəsarət alıb. Avtomobili isə yararsız vəziyyətə düşüb.

Yol polisindən verilən məlumata görə, artıq onlar ərazidə olan təhlükəsiz şəhər kameralarına baxış keçirərək qəzanın səbəbkarını axtarışlarına başlayıblar. Faktla bağlı araşdırma aparılır.