backend

PUTİNİN İKİBAŞLI OYUNU: Rusiya Ermənistanı hərbi müdaxilədən qoruyacaq - SON DƏQİQƏ!!!

PUTİNİN İKİBAŞLI OYUNU: Rusiya Ermənistanı hərbi müdaxilədən qoruyacaq - SON DƏQİQƏ!!!
Vladimir Putin hər iki ölkənin Birləşmiş silahlı qüvvələrinin yaradılması barədə sənədi ratifikasiya üçün Dumaya təqdim etdi

Rusiya prezidenti gözlənilmədən bu addımı atıb. İstiPress erməni mətbuatına istinadən xəbər verir ki, Vladimir Putin hər iki ölkənin Birləşmiş silahlı qüvvələrinin yaradılması barədə qanunu ratifikasiya üçün Dövlət Dumasına təqdim edib.

2016-cı il noyabrın 30-da imzalanmış müqavilədə birləşmiş hərbi qüvvələrin yaradılması öz əksini tapır.

Bu qüvvələrin vəzifəsi kimi Qafqazda kollektiv təhlükəsizliyin təmin edilməsi göstərilir. Onların tərkibinə hər iki ölkənin silahlı qüvvələri daxildir. Regionda baş verə biləcək hər hansı hərbi təcavüzə qarşı birgə müqavimət ən başlıca müddəa kimi göstərilir.