backend

Təcili!!! QARABAGDA COX BÖYÜK TƏHLÜKƏ: Müharibə başlasa düşmən mövqeində RUS ORDUSUNU görəcəyik!

Təcili!!! QARABAGDA COX BÖYÜK TƏHLÜKƏ: Müharibə başlasa düşmən mövqeində RUS ORDUSUNU görəcəyik!

Putin Azərbaycan üçün soyuq duş effekti yaratdı

Rusiya prezidenti Vladimir Putinin Ermənistan - Rusiya birləşmiş silahlı qüvvələrinin yaradılması barədə sənədi ratifikasiya üçün Dumaya təqdim etməsinə Azərbaycanda ikili yanaşma var.

İstiPress-in müraciət etdiyi politoloqların bəziləri bunda Azərbaycan üçün bir təhlükə olmadığını iddia edirlər, bəziləri isə bunun ciddi təhlükə sayır və Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı Rusiyaya müraciət etməsini vacib sayırlar.Təcili!!! QARABAGDA COX BÖYÜK TƏHLÜKƏ: Müharibə başlasa düşmən mövqeində RUS ORDUSUNU görəcəyik!

Politoloq Tofiq Abbasov İstiPress-ə müsahibəsində Ermənistan - Rusiya birləşmiş silahlı qüvvələrinin yaradılmasında Azərbaycan üçün heç bir problem olmadığını bildirir:

“Bizim ölkə Rusiya ilə müharibə aparmır. Ermənistan ərazisində də müharibə aparmır. Biz torpaqlarımızı işğal etmiş qoşun birləşmələrini öz ərazimizdən çıxarmağa çalışırıq”.

Tofiq Abbasovun fikrincə, Putin Ermənistan - Rusiya birləşmiş silahlı qüvvələrinin yaradılması barədə sənədi ratifikasiya üçün Dumaya təqdim etməklə Rusiya qoşunlarına rəsmi status vermək istəyir: “İndi Suriyada gərginlik artır. Ermənistan Suriyaya yaxın ərazidə yerləşir. Rusiya özünü hər hansı təxribatdan qorumaq üçün bu addımı atır”,- deyə politoloq vurğulayıb.Təcili!!! QARABAGDA COX BÖYÜK TƏHLÜKƏ: Müharibə başlasa düşmən mövqeində RUS ORDUSUNU görəcəyik!

Lakin erməni KİV-lərinin yazdığından belə görünür ki, Ermənistan - Rusiya birləşmiş qoşun qruplaşmasının komandanı, Ermənistan ordusunun general-mayoru Andranik Makaryan bu ordunu Qarabağda Azərbaycan qoşunlarına qarşı istifadə biləcəklərini vurğulayıb. O, may ayının 6-da İrəvanda mətbuat konfransı keçirərək bildirmişdi ki, birgə qoşun qruplaşması müstəsna olaraq Ermənistan silahlı qüvvələrinin ali baş komandanının əmri əsasında hərəkət edəcək.

Jurnalistlərin “Qarabağda vəziyyət gərginləşərsə, Ermənistan-Rusiya birgə qoşun qruplaşması müdaxilə edə bilərmi?” sualına cavab olaraq general Makaryan bildirmişdi: “İstənilən təhdid zamanı ləngimək olmaz”. Bu zaman оurnalist dəqiqləşdirici sual vermişdi: “Ola bilərmi ki, Rusiya prezidenti Vladimir Putin sizə hücum etməmək barədə əmr versin?”. “Xeyr, belə əmr verə bilməz”,- deyə Makaryan özündən razı halda vurğulamışdı.
Təcili!!! QARABAGDA COX BÖYÜK TƏHLÜKƏ: Müharibə başlasa düşmən mövqeində RUS ORDUSUNU görəcəyik!

Rusiyanın 102-ci hərbi bazası
Bu, Qarabağ məsələsi ilə bağlı Azərbaycan üçün yetərincə təhlükəli ola bilər. Çünki 102-ci Rusiya hərbi bazası da Ermənistan-Rusiya birgə qoşun qruplaşmasına daxil edilib. Bu birləşməyə Rusiya ordusunun 127-ci motoatıcı diviziyası daxildir. Diviziyanın tərkibinə 123, 124 və 128-ci motoatıcı alaylar, 992-ci artileriya alayları və 116-cı tank batalyonları daxildir. Həmçinin baza S-300 raketləri, MiQ-29 qırıcıları, Mi24P və Mi8MT helikopterləri ilə təchiz edilib. Ümumi heyəti 4 mindən çoxdur. Həm də bu hərbi texnika Ermənistan nümayəndəsinin komandanlığı altında olacaq. Qarabağda dislokasiya edilmiş 366-cı Rusiya alayının Xocalı faciəsində və Şuşanın işğalında oynadığı rol nəzərə alınarsa, Ermənistanda qat-qat güclü olan Rusiya hərbi texnikasının Azərbaycan üçün hansı problemlər yarada biləcəyi göz qabağındadır.Təcili!!! QARABAGDA COX BÖYÜK TƏHLÜKƏ: Müharibə başlasa düşmən mövqeində RUS ORDUSUNU görəcəyik!

Azərbaycan Müdafiə Nazirliyinin keçmiş işçisi Üzeyir Cəfərov məhz buna görə İstiPress-ə müsahibəsində Azərbaycan diplomatiyasını ayıq olmağa çağırıb:

“Bu qoşunların ən böyük zərəri sənədin ratifikasiyasına qədər ola bilər. Çünki Makaryanın hərəkətlərini reqlamentə sala biləcək heç bir sənəd yoxdur. Amma müqavilə layihəsində yazılıb ki, qoşun birləşməsi dinc zamanlarda Ermənistan ali baş komandanına tabedir, amma müharibə zamanı Rusiya ali baş komandanına tabe edilə bilər. Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Rusiyaya nota ilə müraciət edərək həmin ifadənin “müharibə zamanı mütləq Rusiya ali baş komandanına tabe edilməlidir” şəklində dəyişdirilməsinə çalışmalıdır. Əks halda, gec olacaq”,- deyə Üzeyir Cəfərov vurğulayıb.

Yəni Azərbaycan XİN Rusiya Dövlət Dumasında müzakirədə olan sənədin dəyişdirilməsinə çalışmalıdır. Amma bu baş verməsə belə Azərbaycan çəkinməməlidir. Tarix göstərib ki, Rusiyadan qat-qat kiçik və heç bir hərbi təcrübəyə malik olmayan ölkələr ayrı-ayrı döyüşlərdə Rusiyanın nəhəng hərb maşınını darmadağın ediblər. Məsələn, 1904-cü ildə hələ hərbi ad-san qazanmamış və orta əsrlərə məxsus nindzaları ilə tanınan Yaponiya Port-Artur döyüşlərində 17-yə yaxın rus hərbi gəmisini batırdı. Bu qələbə Yaponiyanın böyük dövlətlər sırasına yolunu açdı, Rusiya imperiyasının çöküşünün əsasını qoydu. Yaponlara bu imkanı 1854-cü ildən sonra imperator Mutsuxitonun qurduğu güclü hərb-sənaye kompleksi, güclü ordu yaratdı. Azərbaycan da bu yolla getməli, böyük dövlətləri öz hərbi gücü ilə razılaşmağa məcbur etməlidir.

Qaynarxett.az