Millət vəkilinin qızından rayon camaatına SƏRT SÖZLƏR - " Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə ..."

gundem / maraqli / Sosial 3-07-2017, 22:29
Millət vəkilinin qızından rayon camaatına SƏRT SÖZLƏR - " Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə ..."
“Yerlipərəst və qohumbaz deyiləm. Düşünürəm ki, milləti geriyə aparmağın ən asan yollarından biri məhz sadaladığım keyfiyyətlərdir. İnsanın zəkasını, savadını, istedadını, qabiliyyətini yerliçiliyə qurban vermək böyük bəladır. Bu məsələdə nə qədər səmimi olduğumu mahnılarımın ifaçılarının Azərbaycanın müxtəlif bölgələrindən olması sübut edir”.
Publika.az xəbər verir ki, bu sözləri tanınmış bəstəkar, Əməkdar incəsənət xadimi Aygün Səmədzadə sosial şəbəkədə yazıb. Yerlipərəst və qohumbaz olmadığını bildirən bəstəkar yerlibazlıq söhbətlərini Bakıya sonradan gələnlərin dəbə gətirdiyini vurğulayıb: “Ümumiyyətlə, heç bir vaxt "filankəs bakılıdır deyə, onu üstün tutaq söhbəti nə ailəmdə, nə də yaxın çevrəmdə olmayıb. Yerlibaz söhbətləri isə həmişə Bakıya sonradan gələnlər salıb. Yəqin düşdükləri yer, təklik, ev üçün darıxmalar da müəyyən aqressiya, özünü müdafiə halları yaradıb, bunu da anlayıram. Amma bu Bakını sevməməyə səbəb deyil".
A.Səmədzadə Bakının onun üçün doğma şəhər olduğunu qeyd edib:
"Çünki doğmadır və bu romantika məhz doğmalıqdan yaranır. Mənə çox maraqlıdır, Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə burada yaşayır. Hər bölgənin yalnız öz balaca Vətənini sevən adamı qayıtsın yurduna, orda da yaşasın onda. Ora da həkim, müəllim, jurnalist, vəkil lazımdır. Nə danışsaq, nə proqnozlar versək də, Azərbaycanı yalnız mütəşəkkil aydınlıq inkişaf etdirə bilər. Beyinlərdən küçələrə tökülən pintiliyin yığışması yalnız bu torpağa, Böyük Vətənə hər birimizin Böyük Sevgisi səbəbindən baş verər. Mən Azərbaycanı sevirəm, Azərbaycanın hər qarışı Vətəndir. Azərbaycanın hər qarış torpağı da, suyu da, çörəyi də, ağacı da doğmadır. Gəlin nə Azərbaycanı incidək, nə də hər gələnə qucaq açan Bakını. Ara-sıra paylaşdığınız Bakı və bakılılardan narazı statuslarınıza münasibətimi Bakılılar günündə bildirdim. Misal var, "deyərsən mərd olar, deməzsən dərd olar".
Əməkdar incəsənət xadiminin fikrincə, təhsil müəssisələrində rüşvət də məhz rayon adamları tərəfindən yaradıldıb. O, fikrini bununla əsaslandırıb:
"Rəhmətlik anam deyərdi ki, biz oxuyanda ali məktəblərdə rüşvət yox idi. Rayonlardan imtahan götürənlərə səbət-səbət çolpa, motal pendiri və sair gələnəcən. Və bu gün on yumurta, 5 kiloqram ətlə universitet bitirənlər professor olub, camaata dərs keçir. Yerlibaz şərhlərə ehtiyac yoxdur..."
Millət vəkili Ziyad Səmədzadənin qızı olan bəstəkarın statusu uzun müzakirələrə səbəb olub

Millət vəkilinin qızından rayon camaatına SƏRT SÖZLƏR - " Bakını və bakılıları bu qədər sevməyən adamlar niyə ..."
Oxunub: 413
OXŞAR MÖVZULAR
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    May 2019    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 


ILK-10