backend

"Tramp dünyaya fəlakət gətirəcək" - Məşhur alimdən sensasion iddia

"Tramp dünyaya fəlakət gətirəcək" - Məşhur alimdən sensasion iddia

"Yer planeti Veneraya çevrilə bilər"

"Donald Trampın qərarı ilə ABŞ-ın Paris iqlim sazişindən çıxması dünyaya ciddi zərər verəcək".

İstiPress xəbər verir ki, bunu dünyaca məşhur fizik Stefan Havking "BBC"-yə müsahibəsində deyib. Onun sözlərinə görə, bu addım dünyanı Venera kimi isti planetə çevirəcək.

"Trampın qərarı dünyanı 250 dərəcə temperatur olan, sulfat turşusu yağan Veneranın səviyyəsinə gətirib çıxara bilər. İqlim dəyişikliyi qarşılaşdığımız ən böyük təhlükələrdən biridir. Əgər indi müvafiq addımlar atılmasa, gələcək sual altında qalacaq. Tramp son qərarı ilə gözəl planetimizi qarşısıalınmaz ekoloji fəlakətə sürükləyəcək. Bunula da bizim və uşaqlarımızın həyatı təhlükə altında qalacaq"- məşhur fizik deyib.