backend

Uorlik: Erməni tərəfinin azərbaycanlı yeniyetməni saxlaması barədə xəbərlərdən narahatıq

Uorlik: Erməni tərəfinin azərbaycanlı yeniyetməni saxlaması barədə xəbərlərdən narahatıq























“Ümid edirik ki, bu məsələ araşdırılacaq”.

Biz erməni tərəfinin yeniyetməni saxlaması barədə xəbərlərdən narahatıq, baxmayaraq ki, bu barədə təsdiq olunmuş məlumata malik deyilik.

Qaynarxətt.info xəbər verir ki, bu sözləri ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik 15 yaşlı Azərbaycan vətəndaşı Cavid Məmmədovun qoşunların təmas xəttini keçdikdən sonra ermənilər tərəfindən əsir götürülməsi ilə bağlı APA-nın sualına cavabında deyib.

O, ümid etdiyini bildirib ki, saxlanılan şəxslə humanist və ədalətli davranılacaq: “Ümid edirik ki, bu məsələ araşdırılacaq. Bu cür insidentlər gərginliyi artırır və sülh perspektivini zərbə altında qoyur”.

NATO-nun Uels sammiti çərçivəsində keçirilən üçtərəfli görüşü şərh edən diplomat qeyd edib ki, ABŞ dövlət katibi Con Kerri tərəfləri daha yaxşı anlamaq və onları sülhün təmin olunması məqsədilə tədbirlər görməyə təşviq etmək üçün prezidentlərlə məhsuldar diskussiya aparıb: “Dövlət katibi prezidentləri atəşkəsə riayət etməyə, təmas xəttində gərginliyi azaltmağa çağırıb. Prezidentlər münaqişəni sülh yolu ilə həll etməklə bağlı mövqelərinə sadiqliklərini bir daha təsdiqlədilər. Sülhə nail olmaq üçün yaxın aylarda xeyli işimiz var və Con Kerrinin keçirdiyi görüş hansı istiqamətdə səyləri cəmləşdirməyin məqsədəuyğunluğunu aydınlaşdırmağa kömək etdi”.