backend

Ermənilərin öldürdüyü körpə Zəhranın ÜRƏKDAĞLAYAN həyat hekayəsi

Ermənilərin öldürdüyü körpə Zəhranın ÜRƏKDAĞLAYAN həyat hekayəsi

BiG.AZ ermənilər tərəfindən vəhşicəsinə öldürülən 1 yaşlı körpə Zəhranın ürəkdağalayan həyat hekayəsini öyrənib.

Əldə etdiyimiz məlumata görə, Elnur Quliyevin ailəsində uşaq həsrəti uzun çəkib.

Ermənilər bir çox sərhəd kəndləri kimi Füzulinin Alxanlı kəndinin də suyunu zəhərlədiyindən bu ərazidə övlad dünyaya gətirmək çox çətinliklə başa gəlir.

Yalnız 2016-cı ildə Quliyevlər ailəsi körpə sevinci yaşamağa müyəssər olur.

Amma bu da onlara baha başa gəlir.

Körpə Zəharnın anası övladını itirməmək üçün ayda az qala 2-3 dəfə Bakıya müalicə üçün gəlir.
Baha başa gələn müalicələrlə 22 yaşlı Nərminə körpəsini bir zülmlə həyatda saxlayırdı.

Onların evləri hərbi qərargaha çox yaxın idi.

Ermənilər qərargahı nişan alsalar da, atəş hədəfdən yayınır.

Mərmi qərargaha deyil, balaca Zəhragilin həyətinə düşür.

Bu vaxt Sahibə nənə Zəhranı çiyninə alaraq yatırtmaq üçün həyətdə gəzişirdi.

Aldığı mərmi zədəsindən hər ikisi yerindəcə dünyasını dəyişib.

Xatırladaq ki, ötən gün ermənilər Füzuli rayonunun Alxanlı kəndini atəşə tutub.

Nəticədə kənd sakinləri 1967-ci il təvəllüdlü Quliyeva Sahibə İdris qızı və 2015-ci il təvəllüdlü Quliyeva Zəhra Elnur qızı həlak olub.