backend

Diqqət: Paytaxtda 16 yaşlı qız itib - VİDEO

Diqqət: Paytaxtda 16 yaşlı qız itib - VİDEO




















İmanova evdən xəbərsiz çıxıb gedib.

Bakı şəhəri, Bakıxanov qəsəbəsi, Məktəbli küçəsi, ev 6-da yaşayan 1980-ci il təvəllüdlü İmanova Məqsudə Telman qızı Sabunçu Rayon Polis İdarəsinin 13-cü polis bölməsinə şikayət ərizəsilə müraciət edib.

qaynarxett.az xəbər verir ki, ANS TV-nin məlumatına görə, müraciətdə bildirib ki, qızı 1998-ci il təvəllüdlü İmanova Nərminə Sevindik qızı 05.09.2014-cu il tarixində təxminən saat 17.00 radələrində yaşadığı evdən xəbərsiz çıxıb gedib və bir daha geri qayıtmayıb.

İmanova Nərminə Sevindik qızının əlamətləri - çəkisi 41 kiloqram, boyu 149 santimetr, gözlərinin rəngi qəhvəyi, arıq sifət quruluşuna malikdir. Saçı qara rəngdə, çiyin səviyyəsində olub. Evdən çıxan zaman əynində yaşıl rəngdə şalvar, sarı rəngdə köynək, ayağında yay ayaqqabısı olub.

Nərminə İmanovanı görən və ya hansısa, məlumatı olan şəxslərdən Sabunçu Rayon Polis İdarəsinə 012 425-02-02, 012 428-02-02 və 012 425-49-15 nömrəli telefonlara zəng edərək məlumat vermələri xahiş olunur.