backend

Ramil Usubov polis rəisini təqaüdə göndərdi

Ramil Usubov polis rəisini təqaüdə göndərdi

















Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin sabiq rəisi, polis polkovnik-leytenantı Həsən Abdullayev işdən çıxarılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib

H.Abdullayev açıqlamasında bildirib ki, o, xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

“Səbail Rayon Polis İdarəsinin 9-cu Polis Bölməsi və Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi vəzifəsində işləmişəm. 40 il 6 ay 22 gün xidmətdə olmuşam. İyunun 20-də 55 yaşım tamam olub. Bu səbəbdən də təqaüdə çıxmışam”, - H.Abdullayev deyib.

06.07.2017 11:28

Bakıda iki polis bölməsinin rəisi vəzifələrindən azad olunub.

Oxu.Az Report-a istinadən xəbər verir ki, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Həsən Abdullayev və Yasamal Rayon Polis İdarəsinin 28-ci Polis Bölməsinin rəisi, polis-polkovniki leytenantı Hüseyn İmanov tutduqları vəzifələrindən azad ediliblər.

Bununla bağlı müvafiq əmrlər imzalanıb.