backend

Ərdoğan: "Türkiyə kürd dövlətinin yaradılmasına yol verməyəcək"

Ərdoğan: "Türkiyə kürd dövlətinin yaradılmasına yol verməyəcək"















Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan Hamburq G-20 sammitinin yekunlarına dair mətbuat konfransında kürd problemi ilə bağlı açıqlama verib.

"Qaynarinfo" xəbər verir ki, Ərdoğan heç bir halda Türkiyənin Suriyanın şimalında kürd dövlətinin yaradılmasına yol verməyəcəyini deyib:

“Əgər Suriyanın şimalında kürd dövlətinin yaradılması planlaşdırılırsa, biz buna yol verməyəcəyik. Biz Türkiyənin ünvanına səsləndirilən hədələri də bağışlamayacağıq”.

Suriya kürdləri bundan əvvəl ölkənin şimalında “Şimali Suriya federativ bölgəsi”nin yaradıldığını bəyan ediblər.