backend

ŞOK: “Hitler” 128 yaşında Argentinada PEYDA OLDU VƏ... - FOTO

ŞOK: “Hitler” 128 yaşında Argentinada PEYDA OLDU VƏ... - FOTO

Argentinanın Şimal-Qərbində yerləşən Salta şəhərində yaşlı bir kişi bildirib ki, məhz o, totalitar diktaturanın banisidir və son 70 ildə gizlənmək məcburiyyətində qalıb.
Publika.az xəbər verir ki, “Fürer” El Patriota adlı yerli qəzetə bildirib ki, o, ölkəyə 1945-ci ildə German Gyunterberq adına olan saxta pasportla gələ bilib. Onun sözlərinə görə, sənədlər Almaniyada gizli dövlət polisi tərəfindən (Gestapo) düzəldilib.
“Hitler”, hansı ki, indi 128 yaşı olmalı idi. O, kölgədən çıxmağının qərarını belə izah edir ki, İsrail xüsusi xidmət orqanları daha nasist hərbi cinayətkarları təqib etmir, ona görə də artıq əsl kimliyini gizlətməyə ehtiyac görmür: “Məni çoxsaylı cinayətlərdə günahlandırırlar, halbuki mən onları heç vaxt etməmişəm. Buna görə ömrümün yarıdan çoxunu gizlənməyə sərf etməli oldum”.
“Hitlerin” arvadı müxbirlərə bildirib ki, əslində onun həyat yoldaşı Alsqeymer xəstəliyindən əziyyət çəkir və heç də “Fürer” deyil.
ŞOK: “Hitler” 128 yaşında Argentinada PEYDA OLDU VƏ... - FOTO

“O, bəzən unudurdu ki, mən kiməm yaxud özü haradadır. O, daim yəhudilər və şeytan haqqında danışır”, - deyə qadın bildirib. Həmçinin istisna etmir ki, onun əri cavanlıqda nasist olub və bütün indi baş verənlər günah hissinin verdiyi əzablardır.
Özünü Hitler adlandıran şəxs sentyabra qədər öz tərcümeyi-halını nəşr etdirmək niyyətindədir. Onun fikrincə, kitab onun korlanmış nüfuzunu bərpa edə bilər.
Məlum olduğu kimi, Hitlerin Cənubi Amerikaya qaçması haqqında nəzəriyyə yeni deyil. Xüsusilə 2011-ci ildə iki britaniyalı tarixçi Cerrard Uilyams və Saymon Danstan mətbuatda öz araşdırmalarının nəticələrini dərc etmişdilər. Rəyə görə, Hitler məşuqəsi Yeva Braun ilə Pataqoniya şəhərinə qaçıb və 1962-ci ildə 73 yaşında vəfat edərkən iki qızı var idi.