backend

Azərbaycan dili haqqında əks təbliğat aparan adam ERMƏNİ cıxdı - Deputatdan şok açıqlama

Azərbaycan dili haqqında əks təbliğat  aparan adam ERMƏNİ cıxdı - Deputatdan şok açıqlama

“Azərbaycan dili haqqında əks təbliğat aparılırdı…”

“Bir faktı açıqlayım. Bu yaxınlarda sosial şəbəkələrdə Azərbaycan dili haqqında əks təbliğat aparılırdı. Dilimiz təhqir olunurdu. Biz araşdırdıq ki, bunu yayan Azərbaycanda yaşayan adını dəyişdirmiş bir ermənidir. Hətta bir təşkilat rəhbəridir. Özü əsaslandırmağa çalışdı ki, guya tatar mənşəlidir, amma mənşəyi bəlli oldu ki, ermənidir”.

Bu fukirləri Yeni Azərbaycan Partiyasının (YAP) İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzovun APA-ya müsahibəsində səsləndirib.

Deputat bunun nəticəsi nə olduğu və həmin şəxsin kimliyi ilə bağlı sualı isə belə cavablandırıb: “Nəticəsi odur ki, hazırda aidiyyəti qurumlar onunla məşğuldur. Adını da lazım gəlsə, onlar açıqlayarlar. Yəni bu cür hallar var. Bu baxımdan da biz erməni mənşəli şəxsləri ərazimizə buraxa bilmərik. Onlar tamam başqa məqsədlə Azərbaycana gəlirlər”.

Qaynarxett.az