backend

İŞİD terrorçularının fahişəxanalarına başçılıq edən qadınlar

İŞİD terrorçularının fahişəxanalarına başçılıq edən qadınlar






























Onların hamısı Britaniya vətəndaşıdır.

Böyük Britaniya vətəndaşı olan qadınlar İŞİD terrorçu qruplaşmasının üzvləri üçün nəzərdə tutulan fahişəxanalara rəhbərlik edirlər.

qaynarxett.az-un ANS PRESS-ə istinadən məlumatına görə, bu barədə İngiltərə mətbuatı yazır.

Xəbərə görə, oğurlanmış minlərlə iraqlı qadın İŞİD terrorçularına intim xidmətlər göstərməyə məcbur edilirlər.

Həmin qadınlar Böyük Britaniya vətəndaşı Aysa Mahmudun rəhbəri olduğu “Əl-Xanssa” qruplaşması tərəfindən oğurlanaraq İŞİD üzlərinə xidmət edən fahişəxanalara gətirilirlər. “Əl-Xanssa”nın 60-a yaxın qadın üzvü bu yaxınlarda Yaxın Şərqə gediblər. Onların hamısı Britaniya vətəndaşıdır.

İngiltərə polisi artıq hərəkətə keçib. Polis 20 yaşlı Aysa Mahmudun həbs olunması istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirir.