backend

Bulvarda velosipedçilər və istirahətə gələn insanlar arasında problem

Bulvarda velosipedçilər və istirahətə gələn insanlar arasında problem




















“İnsanların özünün mədəniyyəti, tərbiyəsi, əxlaqı olmalıdır”.

Bakı bulvarında qəribə mənzərə yaranıb. İstirahətə gələn insanlar, sanki, dincəlməyə yox, bir-birinə mane olmağa çalışır. Bulvarın yeni hissəsində gözəl velosiped xətləri salınıb.

qaynarxett.az Milli.Az-a istinadən xəbər verir ki, orada velosipedçilər üçün tam təhlükəsiz şərait yaradılıb.

Lakin nədənsə istirahətə gələn insanlar, əsasən də ailələr onlar üçün nəzərdə tutulmuş ərazidə deyil, velosiped xətlərində gəzirlər. Yüksək sürətlə hərəkət edən velosipedçilər hər an onlar və uşaqlar üçün təhlükə törədə bilərlər.

Dənizkənarı Bulvar İdarəsinin rəis müavini Nazim Məcidov bildirdi ki, bir anda 100 velosipedçi, 200 adam meydana girir. Bu qədər adamla 10 mühafizəçi necə bacarsın? İnsanların özünün mədəniyyəti, tərbiyəsi, əxlaqı olmalıdır”.

Rəis müavininin sözlərinə görə, bu işdə ictimai qınaq lazımdır, velosipedçilər onların xəttinə çıxan insanlara deməlidir ki, bura onlar üçün deyil və təhlükəlidir.
Bu iş bir mühafizəçi ilə həll olunmayacaq.

“Bulvara gələn nazirlər, millət vəkilləri, digər dövlət adamları da deyir problemi. Amma bu problemi ancaq ictimai qınaq həll edə bilər. Qaydanı pozan azdır, qanuna əməl edən çoxdur. Ona görə də sözə baxmayan çox sayda insan az olanlara səhvini göstərməlidir. Əgər bulvarda da yol hərəkəti kimi qaydalar və cərimələr olsaydı, bizə haqlı irad bildirərdiniz ki, niyə cərimə etmirik. Bizim əlimizdə elə bir sənəd yoxdu ki, insanlara mane olan velosipedçini və ya veloxəttə çıxan insanları cərimə edək. Bu qədər gözəlliyi yarada bilirik, amma bir velosipedçi ilə bacarmırıq? Bacarırıq, sadəcə bu işdə ictimai qınaq olmalıdır”, - deyə N.Məcidov əlavə etdi.