backend

Türk polislər erməni dilində danışacaq

Türk polislər erməni dilində danışacaq




















Polis Akademiyası “Yeni Türkiyə” şüarına qoşulmaq qərarına gəlib.

Türkiyənin Polis Akademiyasında erməni, kürd, ərəb və yunan dillərini tədris edəcəklər.

qaynarxett.az haqqin.az-a istinadən xəbər verir ki, Polis Akademiyasının “Yeni Türkiyə” şüarına qoşulması qərarı barədə “Sabah” nəşri yazıb.

Milli azlıqların dilini bilmək, polisin əhaliyə daha yaxşı xidmət göstərməsi üçün imkan yaradılacaq.

Bundan başqa Polis Akademiyasının rəhbərliyi yeni tədris ilində gələcək polislər üçün erməni, ərəb, kürd və yunan dili dərslərini təşkil etmək qərarına gəlib. Bununla yanaşı rus, gürcü, ispan və fars dillərini də tədris etmək planlaşdırılıb.