backend

Sekutanın Azərbaycana səfir təyin olunması müzakirə olunacaq

Sekutanın Azərbaycana səfir təyin olunması müzakirə olunacaq




















Müzakirələr senator Kris Mörfinin sədrliyi ilə keçiriləcək.

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Robert Sekutanın (Robert Francis Cekuta) Azərbaycana səfir təyin olunması ilə bağlı dinləmə keçirəcək.

qaynarxett.az APA-ya istinadən xəbər verir ki, senatın rəsmi saytının verdiyi məlumata görə, dinləmələr sentyabrın 17-nə təyin olunub.

Həmin tarixdə ABŞ-ın digər ölkələrdə, o cümlədən Ermənistanda səfiri postuna namizədliyi irəli sürülmüş diplomatların təyinatı da müzakirə ediləcək. Müzakirələr senator Kris Mörfinin (Chris Murphy) sədrliyi ilə keçiriləcək.

Qeyd edək ki, bu il iyulun 8-də prezident Barak Obama ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə dövlət katibinin enerji məsələləri üzrə köməkçisinin müavini Robert Sekutanın namizədliyini irəli sürüb. R.Sekutanın namizədliyi Senatda təsdiqlənərsə, o, bu vəzifədə Riçard Morninqstarı əvəz edəcək.