backend

"Yetim Eyvaz" kimi tanınan şair vəfat etdi

"Yetim Eyvaz" kimi tanınan şair vəfat etdi













"Yetim Eyvaz" kimi tanınan şair Eyvaz Qurbanov dünyasını dəyişib

Bu barədə şairin yaxınları məlumat verib.

Bildirilib ki, şair ağ ciyər xəstəliyindən əziyyət çəkirmiş. Dünən axşam vəziyyəti yaxşı olsa da, iyulun 23-ü səhər saatlarında qəfildən halı pisləşib. Təcili olaraq Siyəzən Mərkəzi Xəstəxanasına aprılsa da, o, dünyasını dəyişib.
Mərhum Siyəzənin Qərəh kəndində dəfn olunacaq.

Eyvaz Qurbanov 26 fevral 1952-ci ildə Siyəzən rayonunda аnаdаn оlmub. Siyəzən şəhər Cəfər Cabbarlı adına 1 nömrəli məktəbdə oxuyub. 10 ildən sonra hərbi xidmətə gedib. 21 il sürücü işləyib.

1996-cı ilə kimi çox yaxşı yaşayıb, amma 1996-2006-cı illərdə pul qazanmaq üçün hər əziyyətə qatlaşıb. Odun doğrayıb satıb, sürücülük edib.

2006-cı ildə Youtube-da "Yaz yağışı” şeiri ilə populyarlıq qazanıb.

Allah rəhmət eləsin!