backend

ŞOK OLAY!!! Laçının başçısı xələfini şantaj edirmiş, həbslə hədələnən köçkün onu ifşa etdi - Təfərrüat

ŞOK OLAY!!! Laçının başçısı xələfini şantaj edirmiş, həbslə hədələnən köçkün onu ifşa etdi - Təfərrüat

Laçının Kalafalıq kəndindən məcburi köçkün İbrahimov Alqulu Şavağat oğlu prezidentə və dövlət orqanlarına müraciət edib

Ulus.Az-ın verdiyi xəbərə görə, şikayətçi Ağcabədinin “Taxta körpü” ərazisində 552-ci qəsəbədə 376 saylı evdə məskunlaşıb.

YAP üzvü olan A.İbrahimov Laçının icra başçısı Aqil Nəzərli tərəfindən həbslə təhdid edilir. Onun sözlərinə görə, buna səbəb A.Nəzərlinin qardaşı Müqabil Nəzərlinin A.İbrahimovun Feysbuk səhifəsindən istifadə etməsidir:

“Mənim adımdan 2013-2016-cı illərdə Laçın icra başçısı işləmiş Akif Səlimov barəsində şantaj dolu yazılar yazıb və nəticədə qarşı tərəf məni məhkəməyə verib.

Aqil Nəzərlinin qardaşı Müqabil Nəzərli daim mənim yanıma gələrək Akif Səlimovdan və idarə müdirlərindən ərizə yazmağı təkid edirdi.

Müqabil Nəzərli açıq şəkildə bildirirdi ki, yuxarılara biz şantaj dolu ərizələr yazmalıyıq ki, qardaşı Aqil Nəzərli Laçına icra başçısı gəlsin”.

Ulus.Az xəbər verir ki, şikayətçi M.Nəzərli onun telefonuna yerli məmurların və A.Səlimovun adamlarının səsini yazdırmaq üçün proqramlar yüklədiyini açıqlayıb.

Onun dediyinə görə, M.Nəzərli A.Səlimovdan ərizə yazmaq üçün onun yanına gələndə 21 031 markalı minik maşını qəflətən alovlanıb: “Ətrafdakı insanların köməyi ilə alovun qarşısı alındı. Həmin anda Müqabil Nəzərli özü etiraf etdi ki, biz Akif Səlimova qarşı haqsız iş görürük, ona görə maşın alışıb yanır.

Həmin dövrdə Laçın Rayon Mədəniyyət Şöbəsinin müdiri işləyən Yusif Hüseynovun səsinin yazdırılmasını daMüqabil Nəzərli təşkil etmişdi”.

Vətəndaş qeyd edir ki, bu səbəbdən A.Səlimovu şantaj etməsinə görə Laçın Rayon Məhkəməsi ona 2800 manat cərimə kəsib:

“Məhkəmə ərəfəsində Aqil Nəzərli qardaşı Müqabil Nəzərli və atasını mənim yanıma göndərərək onların adlarının çəkilməməsini xahiş etmişdi.

İcra başçısı təyin olunandan sonra Aqil Nəzərli məni otağına çağıraraq mənə təklif etdi ki, sən mətbuata yaz - Akif Səlimov Lacın Rayonuna İcra Başçısı təyin olunanda guya Ermənistanla telefonla danışıb.

Bildirirəm ki, bu fikirlər hörmətli Aqil Nəzərliyə məxsusdur. Eyni zamanda Aqil Nəzərli məni qəbul edəndə o, Laçın rayonunda üç ildən artıq icra başcısı işləməyəcəyini, ”hesabı” verib başqa rayona icra başçısı gedəcəyini bildirdi.

Mənə İcra Hakimiyyətinin Xeyriyyə Fondundan hər ay 150 manat verməklə məhkəmənin hökmü ilə verilmiş 2800 manat cərimənin ödənməsi üçün Aqil Nəzərli kömək edəcəyini bildirdi.

İcra Başcısı bildirdi ki, 10-15 ildirdi işləyən idarə müdirləri var, onlarla işləmək istəmir, ona görə də həmin müdirlərdən şantaj dolu ərizələr yazmasını mənə tapşırsa da, etirazımı bildirdim.

Təbii ki, köhnə müdirləri çixarıb rüşvət müqabilində yeni müdirlər təyin etmək istəyirdi. Bütün bunları bildirməkdə məqsədim İcra Başçısı işləyən şəxsin vəzifəyə gəlmək ücün hansı işlərlə məşğul olduğunu göstərməkdir.

Onun təyin etdiyi Təhsil Şöbəsinin müdiri Nicat Həsənov övladlarımızın təhsil aldığı məktəblərdən aylıq yığır. Baş həkim Güllü İbadova sağlamlığımızın keşiyində duran tibb işcilərindən pul yığır.

Bundan başqa, Aqil Nəzərli və dövlət işində heç vaxt işləməmiş Dövlət İdarəetmə Akademiyasında guya təhsil alan Müqabil Nəzərli hərbi xidmətdə olmamışdı”.
ŞOK OLAY!!! Laçının başçısı xələfini şantaj edirmiş, həbslə hədələnən köçkün onu ifşa etdi - Təfərrüat