backend

TƏCİLİ!!! Prezidentin 2018 komandası: İlham Əliyev hansı nazirlərlə işləyəcək? - Eksklüziv siyahı

TƏCİLİ!!! Prezidentin 2018 komandası: İlham Əliyev hansı nazirlərlə işləyəcək? - Eksklüziv siyahı

Prezident İlham Əliyevin 2018-ci il seçkilərindən sonra hansı nazirlərlə işləyəcəyi məlum olub

Bu barədə Ulus.Az-a verilən məlumatda qeyd olunur ki, dövlət başçısı ona, xalqa və dövlətçiliyə sadiq olan, xalqın rəğbətini qazanmış, fəaliyyəti ilə fərqlənən və vətəndaların müraciətlərinə həssas yanaşan nazirləri hökumətin tərkibində saxlayacaq.

Mənbənin sözlərinə görə, prezident Daxili İşlər naziri Ramil Usubov, Dövlət Təhlükəsizlik Xidməti rəisi Mədət Quliyev, Baş Prokuror Zakir Qaralov, Müdafiə naziri Zakir Həsənovla işləməyə davam edəcək.

Onların fəaliyyəti həqiqətən həm dövlət, həm xalq tərəfindən təqdir olunur. Eyni zamanda komandada fövqəladə hallar naziri Kəmaləddin Heydərov, Xarici İşlər nziri Elmar Məmmədyarov komandada yer alacaq.

Qaynağımız qeyd edir ki, 2018 seçkilərindən sonra maliyyə naziri Samir Şərifov, kənd təsərrüfatı naziri Heydər Əsədov, baş nazir Artur Rasi-zadə, iqtisadiyyat naziri Şahin Mustafayev, vergilər naziri Fazil Məmmədov əvəzlənə bilər.

Prezidentin Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri postunda dəyişiklik etmək planı olmadığı vurğulanır.

İddialara görə, ədliyyə naziri Fikrət Məmmədov, təhsil naziri Mikayıl Cabbarov və səhiyyə naziri Oqtay Şirəliyev də dövlət başçısının komandasında yer alacaq.

Ulus.Az-a verilən məlumatda qeyd olunur ki, prezident 2018-dən sonra operativ, modern sistem quran, xalqı qane edən, şikayətlərin az gəldiyi, hakimiyyətə sadiq olan, bürokratiya, korrupsiya, özbaşınalıq hallarına yol verməyən nazirlərlə işləmək strategiyası qurub.

Eyni zamanda icra hakimiyyətlərində, komitələrdə, ASC-lərdə dəyişikliklər labüddür. Dövlət başçısı ASAN Xidmət modelinin inkişaf etdirilməsi, süni əngəllər yaradan qurumların ləğvi, vətəndaşları incidən, sahibkarlığın inkişafına mane olan idarələrin ləğvinə qərar verəcəyi gözlənilir.

Qarşıdakı prezident seçkisi ilində daha çevik komanda ilə işləmək və islahatları tormozlayan qüvvələri hakimiyyətdən uzaqlaşdırmaq siyasəti davam edəcək.

Prezident İlham Əliyevin Prezident Administrasiyası strukturunda dəyişiklik etməsi ölkə mediasının gündəminə çevrilib.

Struktur islahatlarına məhz Prezident Administrasiyasından (PA) başlanılmasının əlbəttə ki, xüsusi səbəbi var. Əvvəla, bu, idarəetmənin “ürəyi” hesab olunan Prezident Administrasiyasında struktur və kadr ixtisarları aparmadan digər administrativ qurumlarda islahatların effektli olmayacağına verilmiş mesajdır.

Son aylar həm nazirliklərdə, həm birinci vitse-prezident aparatının formalaşmasında gənc kadr təyinatlarına üstünlük verilməsi bu tendensiyanın davamlı olacağını deməyə əsas var.

Gənc nazir Ramin Quluzadəyə rabitə ilə bərabər nəqliyyat sahəsinin də həvalə olunması siyasi komandada cavanlaşdırma strategiyasının yürüdüldüyünü təsdiqləyir və göründüyü kimi, davam da edir.