backend

DİN vətəndaşlara müraciət etdi

DİN vətəndaşlara müraciət etdi















Daxili İşlər Nazirliyi vətəndaşlara müraciət edib.

DİN-in mətbuat xidmətindən verilən məlumata görə, müraciətdə bildirilir ki, son vaxtlar vətəndaşlardan mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhəd keçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə etmək üçün nazirliyə müraciətlər daxil olur: "Xatırladaq ki, bir müddət əvvəl mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxslərin axtarışının mərkəzləşdirilmiş uçotları ilə bağlı fəaliyyətin yaxşılaşdırılması və vətəndaş məmnunluğunun təmini məqsədilə DİN-in rəsmi veb saytında (www.mia.gov.az) yeni informasiya resursu yaradılıb.

İyun ayından etibarən istifadəyə verilmiş interaktiv pəncərə vasitəsilə vətəndaşlar mülki-hüquqi öhdəliklərin icrasından yayınan borclu şəxs kimi axtarışda, habelə sərhədkeçməyə məhdudiyyət siyahılarında adlarının olub-olmaması barədə məlumatları əldə edə bilərlər”.

Qeyd olunub ki, bunun üçün DİN-in mia.gov.az (http://mia.gov.az/?//content/liability) saytına daxil olmaqla, qeyd edilən elektron xidməti (Ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılmış borclular barədə məlumatlar) seçərək pəncərələrdəki müvafiq şəxsi məlumatları doldurub təsdiq etməklə lazımi informasiyanı ala bilərlər.