Azərbaycanlı döyüşçü dünya çempionu oldu

860

Azərbaycanlı döyüşçü dünya çempionu oldu




















İdmançıya çempionluq kəmərini əfsanəvi Fyodr Yemelyanenko təqdim edib.

Belarusun paytaxtı Minskdə qarışıq döyüş növləri üzrə dünya çempionatı keçirilib.

qaynarxett.az-a daxil olan məlumata görə, 6 çəki dərəcəsində baş tutan finallarda Azərbaycan idmançısı Zaur Hacıbabayev də iştirak edib.

93 kq-dan yuxarı çəkidə çıxış edən Zaur Hacıbabayev finalda Qazaxıstan idmançısı Moxmad Sulimanovu nokautla məğlub edərək dünya çempionu olub.

Mükafatlandırma mərasimində Zaur Hacıbabayevə çempionluq kəmərini MMA üzrə dəfələrlə dünya və Avropa çempionu, əfsanəvi Fyodr Yemelyanenko təqdim edib.

Qeyd edək ki, Zaur Hacıbabayev MMA üzrə Dünya Kubokunun qalibi, Avropa çempionatının mükafatçısı, Asiya çempionudur.