backend

Azərbaycanlı məktəbli Ermənistan bayrağına belə etiraz etdi - Video

Azərbaycanlı məktəbli Ermənistan bayrağına belə etiraz etdi - Video














Taylandın Naxom-Patom şəhərində keçirilən 49-cu Beynəlxalq Kimya Olimpiadasında azərbaycanlı iştirakçı Ermənistan bayrağına etiraz jesti nümayiş etdirib

Yarışma qalibləri mükafatlandırılan zaman azərbaycanlı iştirakçı Turan Məmmədlinin ardınca səhnəyə erməni məktəbli dəvət olunub.

Bütün yarışmaçılar kimi, azərbaycanlı qalib də bayrağımızı nümayiş etdirib. Onun ardınca mükafatlandırılan erməni yarışmaçı T.Məmmədlinin yanında dayanaraq bayrağını nümayiş etdirdikdə, həmyerliimiz yerini dəyişib.

Qeyd edək ki, Azərbaycanı 49-cu Beynəlxalq Kimya Olimpiadasında Ramil Babazadə, Nəriman Mirişov, Turan Məmmədli uğurla təmsil ediblər və ölkəmiz 78 ölkə arasında 15-ci yerdə qərarlaşıb.