backend

TƏCİLİ!!! “Hell", "Jaguar", "Red Bull" - Komitə xalqı MƏHV EDƏN bu içkiləri yasaqlamır - NIYƏ???

TƏCİLİ!!! “Hell", "Jaguar", "Red Bull" -  Komitə xalqı MƏHV EDƏN bu içkiləri yasaqlamır - NIYƏ???
Tərkibində spirt olan 3 energetik içkinin gücü yarım litr spirtli içki qədər təsirediciliyə qadirdir

Azərbaycanda bu içkidən istifadə edənlər gündən-günə artır və çox təəssüf ki, artan siyahıda avtobus və taksi sürücüləri də var.

Ulus.Az xəbər verir ki, bu içkilərin əksər Avropa dövlətlərində qəbulu qadağandır. İsveçdə, Fransada, Almaniyada demək olar ki, yalnız apteklərdə satılır. Norveçdə, Danimarkada tamam qadağan olunub.

Onu ilk dəfə amerikalılar Vyetnam müharibəsində öz əsgərlərinə veriblər ki, ruhlandırıcı, yuxuqaçırma təsirinə malikdir, amma bu təsirin əks təsiri də orqanizmdə özünü heç də çox yubatmır.

“Hell” ingilscədən tərcümədə “cəhənnəm” deməkdir. Bankanın üz tərəfində də şeytanın simvolu var.

Yəni belə anlaşılır ki, bu içkini qəbul edən cəhənnəmlik olur, şeytan da ona baxıb gülür. Bunu içənlər başa düşmür ki, qəbul etdiklərinin tərkibi nədən ibarətdir.

Bu içkini mütəmadi qəbul edənlərin zehni işləmir, beyinlərində kütlük, heysizlik, hərəkətsizlik, yaddaşsızlıq yaradır.

Ona görə də səhiyyə orqanları bu barədə geniş məlumat verməli, bu məsələ millət vəkilləri tərəfindən parlamentdə müzakirəyə çıxarılmalı, müvafiq qanunlar qəbil edilməlidir.

"Hell", "Burn", "Boss", "Jaguar", "Rox", "Red Bull", "Pitbull", "Revo", "Trojka" kimi markalar bizim marketlərdə boldur və adlarından da nə olduqları bəllidir.

Onların insana əlavə enerji verməsi ilə bağlı iddialar yanlışdır. Yəni əslində bu içki insana enerji vermir, onun daxilindəki enerji ehtiyatını xərcləyir. Gec-tez biz bu enerjini yorğunluq, yuxusuzluq, əsəb və depressiya şəklində faizlə geri qaytarırıq.

Əgər biz uşaqlarımızı sağlam görmək istəyiriksə, bilməliyik ki, bu araqdan və siqaretdən çox dəhşətlidir. Hələ heç kim oxumur, hamı alıb içir.

Burada səhiyyə işçiləri susurlar. Məlumat vermirlər. Bununla bağlı həyacan təbili çalınmalıdır.

Heç kim bu içkidən zəhərlənmə və ya ölüm faktı ilə bağlı arayış verməyəcək. Çünki bu biznes elə qurulub. Amma Standartlaşdırma, Meterologiya və Patent Komitəsi heç bir addım atmır.

Qaynarxett.az