Ağayev dünyasını dəyişib.Bakıda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib.
qaynarxett.az xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə sentyabrın 12-də Binəqədi rayonunun Hökməli kəndinin girişində qeydə alınıb.
Bakı şəhər sakini Samir Seyidov idarə etdiyi “VAZ-2104” markalı avtomobillə 1987-ci il təvəllüdlü Rahib Ağayevi vurub.
Nəticədə R.Ağayev Abşeron rayon sakini Ramil Məmmədovun idarə etdiyi “Kamaz” markalı yük avtomobilinin altına düşərək dünyasını dəyişib.