backend

Qurban bayramı ilə əlaqədar qadağa

Qurban bayramı ilə əlaqədar qadağa




















Artıq bu gündən gecə monitorinqi həyata keçiriləcək.

Dövlət Baytarlıq Xidməti (DBX) Qurban bayramı ilə əlaqədar monitorinqlərə start verib.

qaynarxett.az xəbər verir ki, bu barədə İnterAz-a DBX-nin mətbuat katibi Yolçu Xanvəli məlumat verib. Qurum sözçüsü bildirib ki, artıq bu gündən ət kəsim məntəqələrində gecə monitorinqi də həyata keçiriləcək.

“Eyni zamanda, bayramla əlaqədar Nodulyar dermatit xəstəliyi riski olan rayon kəndlərindən Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsinə icazə verilməyəcək. Yəni, bu rayonlardan ət almaq qadağan olunub. Heyvanlar sağlam ərazilərdən gətiriləcək. Bu işə bilavasitə DBX əməkdaşları nəzarət edəcək. Mal-qara yoxlanıldıqdan sonra məntəqələrdə satışına və ya kəsilməsinə razılıq veriləcək”- deyə Y.Xanvəli söyləyib. O, eyni zamanda qeyd edib ki, Qurban bayramında iribuynuzlu heyvanın kəsilməsinə heç bir qadağa qoyulmayacaq.

Qeyd edək ki, bu il Qurban bayramı 4-5 oktyabr tarixlərində qeyd olunacaq.