backend

TƏCİLİ!!! Rusiya - Ermənistan birləşmiş QOŞUNLARI: Türkiyə TƏTİKDƏ - Müdhiş sirr acıldı

TƏCİLİ!!!  Rusiya - Ermənistan birləşmiş QOŞUNLARI: Türkiyə TƏTİKDƏ - Müdhiş sirr acıldı

Rusiya - Ermənistan birləşmiş qoşunlarının yaradılmasının sirri açıldı

Ermənistan Moskvanın dəstəyi ilə Türkiyəyə qarşı müharibəyə başlamaq niyyətindədir və Rusiya - Ermənistan birləşmiş qoşunlarının yaradılması da bu məqsədi güdür.

İstiPress-in məlumatına görə, bəzi rus və erməni ekspertlərin son günlərdə Türkiyənin S-400 raketlərini almaq istəyi və Rusiya - Ermənistan birləşmiş qoşunlarının yaradılmasının səbəbləri ilə bağlı verdikləri açıqlmaları ciddi gözdən keçirdikdə bu nəticəyə gəlmək olur.
TƏCİLİ!!!  Rusiya - Ermənistan birləşmiş QOŞUNLARI: Türkiyə TƏTİKDƏ - Müdhiş sirr acıldı

Bu barədə ilk danışan Qarabağ silahlılarının ilk başçısı Arkadi Karapetyan olub. İyulun 28-də gündüz saatlarında "Lragir"ə müsahibəsi dərc olunan Arkadi Karapetyan Türkiyənin S-400 raketlərini almaq və istehsal etmək istəyini çox mənfi qarşıladığını bildirib:

"S-400 müdafiə silahıdır. Onunla təyyarələri və başqa uçan obyektləri vurmaq olar. Bu o deməkdir ki, gələcəkdə biz Türkiyəni işğal edəndə, işimiz çətinləşəcək. Bu texniki vasitə müdafiə üçündür, amma çox keyfiyyətlidir. Amma onlar bundan istifadə edə bilməyəcəklər və Türkiyə istənilən halda dağılacaq",- deyə Arkadi Karapetyan bildirib.

Serj Sarkisyan kimi Azərbaycan komsomolunun işçisi olmuş və onun kimi Qarabağ yaraqlılarına rəhbərlik etmiş Arkadi Karapetyan avanturist olsa da əsassız söz danışmaz. Əslində, o, Rusiyanın da qoşulacağı qlobal oyunda ermənilərə vəd edilmiş roldan bəhs edib. Və bu rol Vladimir Putinin yaradılması barədə sənədi bu günlərdə təsdiqlədiyi Rusiya - Ermənistan birləşmiş qoşunlarının çərçivəsində gerçəkləşə bilər.

Rusiya - Ermənistan birləşmiş qoşunlarının məhz Türkiyə ilə müharibə üçün nəzərdə tutulduğu rusiyalı hərbi ekspert Pavel Felqenqauerin iyulun 28-də axşam saatlarında Ermənistanın "1in.am" portalında dərc olunmuş müsahibəsində vurğulanır.
TƏCİLİ!!!  Rusiya - Ermənistan birləşmiş QOŞUNLARI: Türkiyə TƏTİKDƏ - Müdhiş sirr acıldı

"Ermənistanla Azərbaycan arasında Qarabağda hərbi əməliyyatların başlanması zamanı Rusiya birləşmiş qoşun qruplaşmasını yaratmağa qərara verəcəkmi - bilmirəm, bu gün bu suala cavab vermək çətindir. Böyük ehtimalla - yox. Türkiyə ilə münaqişə olarsa, böyük ehtimalla - hə", - deyə hərbi ekspert vurğulayıb.

Felqenqauer də Türkiyənin alacağı S-400 raketlərinin Rusiya üçün təhlükəli olmadığını vurğulayıb: "Hesab edirəm ki, müvafiq texniki həllə olacaq və onun hesabına Türkiyə ilə real münaqişə olarsa biz onları söndürə bilərik. Yəni başqa sözlə, onlar S-400-ləri Rusiyaya qarşı istifadə edə bilməyəcəklər... Hər şeydən öncə, S-400-lərin satışı böyük gəlir gətirəcək - 2 milyard dollara yaxın. Bunlar böyük pullardır".

Əslində, Türkiyənin qlobal müharibəyə cəlb edilməsi ilə bağlı hər hansı bir plan varsa, bu məsələdə Ermənistandan istifadə edə bilərlər. Məsələn, Ermənistan Naxçıvana hücum etsə, Türkiyə Qars müqaviləsinə görə məsələyə müdaxilə etməlidir. Türkiyədə formalaşmış ictimai rəy də bunu tələb edir. "Eurasianet" portalı bu günlərdə dərc etdirdiyi «Azərbaycan sürətlə Türkiyənin ən yaxşı dostuna çevrilir» (Azerbaican Quickly Becoming Turks' Best (Only?) Friend) məqaləsində bildirilir ki, Türkiyədə Azərbaycanı ən yaxın dost ölkə sayanların payı bu il 71%-ə çatıb. Məqalədə bildirilir ki, Azərbaycanın ən yaxşı dost kimi reytinqi ildən ilə artır - 2013-cü ildə 28%, 2015-ci ildə 37%, 2016-cı ildə 59% olub. Yəni Türkiyə hökuməti istər-istəməz bu məsələyə qoşulmalı olacaq, çünki ictimai rəy bunu tələb edəcək.

TƏCİLİ!!!  Rusiya - Ermənistan birləşmiş QOŞUNLARI: Türkiyə TƏTİKDƏ - Müdhiş sirr acıldı
Böyük ehtimalla, ermənilər, yaxud Kremldə ciddi kök salmış erməni lobbisi bu planı gerçəkləşdirməyi məhz NATO-ya görə təxirə salırlar. Yəni Türkiyənin NATO ilə getdikcə pisləşən münasibətləri ermənilərə özləri demişkən nə vaxtsa gələcəkdə «Türkiyəni işğal etmək» üçün ümid yaradır. Hazırda Türkiyənin almaq istədiyi S-400 raketləri də NATO ilə münasibətlərin pisləşməsi məsələsində müəyyən rola malikdir. Bu gün Rusiya ilə yaxınlaşan Ankara Rusiya-Türkiyə münasibətlərinin tarixini diqqətlə izləyib, bunun elə də uzun sürməyəcəyini nəzərə almalıdır.

Məsələn, Türkiyə ilə yaxın münasibət quran Böyük Pyotr Oxot qalasını verərək Qara dənizdən tam çıxmışdı və bunun əvəzində Türkiyə Poltava döyüşündə İsveç qoşununu arxadan vuraraq darmadağın etmişdi. Həmçinin Türkiyə Şimal dənizində Rusiya üçün modern donanma qurulmasına böyük yardım etmişdi. Amma bu uzun çəkmədi və Yekatrina Türkiyə ilə müttəfiqliyi dayandırdı, onun düşməni Avstriyanı seçdi. Nəticə ağır oldu, Türkiyə Balkanları və Qara dəniz qərb, şimal və şərq sahillərini itirdi. Ankara bu tarixi tərsi nəzərə almalıdır.

Çingiz Rüstəmov / İstiPress