6 günlük körpəni oğurlayıb su quyusuna atdılar - Lənkəranda dəhşət

hadise 30-07-2017, 10:41
6 günlük körpəni oğurlayıb su quyusuna atdılar - Lənkəranda dəhşət














Lənkəran rayonunun Darquba kəndində körpə ölümü hadisəsi baş verib.

6 günün körpəsi olan Nurullayeva Mələk Şaiq qızının meyiti su quyusundan tapılıb.

Hadisə səhər saatlarında baş verib. Adı hələ ki, məlum olmayan ana uşağı yedizdirdikdən sonra yatıb. Yuxudan oyandıqda isə körpəni yanında görməyib. Onunla bir otaqda qayınanasının yatdığı bildirilir. Qadının həyat yoldaşı digər otaqda yatıb.

Öldürülən körpə ailənin ikinci qız uşağı olub. Ondan böyüyünün 4 yaşı var.


Onun meyiti Məhkəmə Tibbi Ekspertiza və Paraloji Anatomiya Birliyinin Lənkəran rayon şöbəsinə təhvil verilib.

Hadisənin kim tərəfindən və hansı şəraitdə törədildiyi araşdırılır.


///report
Oxunub: 388
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    Aprel 2020    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
27282930 


ILK-10