backend

Təcili!!! KREMLİN XORTLAMIŞ SAZİŞİ: Rus-erməni qoşunları KİMƏ qarşı birləşib... - Pərdəarxası

Təcili!!!  KREMLİN XORTLAMIŞ SAZİŞİ: Rus-erməni qoşunları KİMƏ qarşı birləşib... - Pərdəarxası

Rusiya və Ermənistan arasında 2016-cı ilin 30 oktyabrında qoşunların birləşdirilməsi haqqında saziş imzalanmışdı

Ulus.Az yazır ki, hər iki tərəf bu sazişin təsdiqinə tələsmirdi.

Çünki bu sənəddən rəsmi Bakıya təzyiq kimi istifadə edilirdi. Son günlərdə Ermənistan parlamenti də, Rusiya Duması da tələsik müqaviləni ratifikasiya etdi, Putin imzaladı, beləliklə Rusiya və Ermənistan qoşunları vahid komandanlıq altında birləşdi.

İndi rəsmi olaraq Qarabağımızı, ətraf rayonları Rusiya-Ermənistan birgə quşunları işğal altında saxlayır, Qarabağda yerli terrorçulara onlar dəstək verir.


Bundan əlavə, Moskva - Bakı xəttində ciddi gərginlik var, görünən odur ki, Soçi görüşündə heç bir razılıq əldə edilməyib. Görüşdən sonra Rusiya açıq mesajlar verməyə başladı: Bakı-Supsa neft kəmərinin bir hissəsini ələ keçirdi.

Kreml mediası Azərbaycanı hədəf aldı, bizim kənd təsərrüfatı mallarının Rusiya bazarlarına çıxması əngəllənməyə başladı - tomat məhsullarının Rusiyada satışına qadağa qoyulub.

Rusiyaya beynəlxalq təzyiqlər gücləndikcə şimal qonşumuz aqressivləşir, ölkəmiz daxilində illərlə yaratdığı və dəstəklədiyi şəbəkələr hesabına hər provokasiyaya gedə bilər.

Azərbaycan və Rusiya prezidentlərinin Soçi görüşünə qədər müəyyən narahatlıqlar olsa da, iki dövlətin rəhbərləri məhz regional problemlərin həlli üçün mühüm danışıqlar apardılar.

Yəqin ki, bu məsələ də əsas istiqamətlərdən biri olub. Ola bilsin ki, Ermənistan və ona loyal qüvvələr öz maraqları naminə bu təsir mexanizmindən istifadə etməyə çalışsınlar.

Lakin inandırıcı deyil ki, Rusiya rəhbərliyi hazırkı vəziyyətdə Azərbaycan kimi strateji portnyorla belə bir təhdid yolunu seçsin. Çünki bu, ilk növbədə, onun özü üçün xoşagəlməz fəsadlar verər.

Azərbaycan heç bir hərbi bloka və ya iqtisadi quruma daxil olmadan öz balanslı siyasətini aparır və buna görə də, güc hesabına onu nəyəsə vadar etmək də inandırıcı görünmür.

Həm də bu şayiələr əsasən erməni lobbisi və Rusiya rəhbərliyindəki ermənipərəst antiazərbaycan qüvvələri tərəfindən yayılır.

Azərbaycan bu layihələrdə tək iştirakçı deyil və regional aktorlar, dünyanın supergücləri də bu proseslərdə iştirak edir. Yəni buna yol verilməyəcək.

Digər tərəfdən də, Azərbaycan da öz hərbi maşınını hər cür təxribata cavab vermək üçün tam şəkildə hazır vəziyyətdə saxlayır.

Məlumdur ki, Dağlıq Qarabağ münaqişəsi ən böyük təsir mexanizmidir.

Eyni zamanda, bütün aktorlarla Azərbaycanın ikitərəfli, daha doğrusu, qarşılıqlı əlaqələri mövcuddur və bu Rusiyaya da aiddir. Hətta son vaxtlar üçlü paltformalar üzərində qurulan tərəfdaşlıq mexanizmi də fəaliyyət göstərir.

Qaynarxett.az