ABŞ rəsmi olaraq “İslam Dövləti”nə müharibə elan etdi

883

ABŞ rəsmi olaraq “İslam Dövləti”nə müharibə elan etdi






















“Amerika Birləşmiş Ştatları “İslam Dövləti” ilə müharibə vəziyyətindədir”.

ABŞ sentyabr ayının 12-də rəsmi olaraq “İslam Dövləti” yaraqlılarına müharibə elan etdi.

qaynarxett.az xəbər verir ki, bu barədə ABŞ prezidentinin mətbuat katibi Coş Ernsten Agence France-Presse-ə bildirib.

“Amerika Birləşmiş Ştatları “İslam Dövləti” ilə Əl-Kaidə və onun bütün dünyada müttəfiqləri ilə müharibə vəziyyətindədir”, - Ernest bəyan edib.

Daha öncə sentyabrın 11-də Amerika dövlət katibi Con Kerri, yaraqlılarla mübarizə istiqamətində, koalisiyaya müttəfiqlər cəlb etmək üçün Yaxın Şərq üzrə turne düzəldib. Bu turne zamanı o, ABŞ-ın İraqda hərbi kampaniyasına dair “müharibə” sözünü işlətmirdi. Onun fikrincə, Birləşmiş Ştatlar kontrterror əməliyyatında iştirak edirlər.

ABŞ prezidenti Barak Obama sentyabr ayının 11-də “İslam Dövləti”nə qarşı mübarizə üçün yeni strategiya təqdim edib. O, bəyan edib ki, İraqa amerikan qoşunlarını yürütməyəcək, amma ABŞ HHQ hava zərbələrinin sayını artıracaq. Bununla yanaşı Obama bəyan edib ki, Vaşinqton yaraqlılarla mübarizədə geniş koalisiya yaratmağı və ona rəhbərlik etməyi ehtimal edir.