backend

DİQQƏT!!! Azərbaycanda GÜRÜCÜSTAN adıyla ERMƏNİ KARTOFU - Məmurlardan inanılmaz XƏYANƏT

DİQQƏT!!! Azərbaycanda GÜRÜCÜSTAN  adıyla  ERMƏNİ KARTOFU - Məmurlardan inanılmaz XƏYANƏT

“Altı ay ərzində Azərbaycan Gürcüstandan 4,97 milyon dollar dəyərində kartof idxal edib. Əslində isə Gürcüstan kartofa olan təlabatının bir hissəsini Ermənistanın hesabına ödəyir”

Bu sensasion açıqlama ilə aqronom-ekspert Vahid Məhərrəmov çıxış edib.

O, Feysbukda bu rəqəmi açıqlayıb və belə nəticə çıxır ki, Azərbaycana erməni kartofu idxal edilir.

Buradan belə nəticəyə gəlmək olur ki, Gürcülər ermənidən kartofu alır, üstünə bir az da pul qoyub bizə satır. Təbii ki, bu iddia rəsmi qurumlar üçün bir siqnal olmalıdır.

Nazirlik və rəsmi orqanlar hərəkətə keçməli və araşdırma aparmalıdır. Həqiqətən də erməni kartofu Gürcüstandan Azərbaycana gəlirsə, bunu təsbit etmək lazımdır.

Deyilənə görə, Ermənistandan gətirildiyi iddia edilən kartoflar standart ölçülü və sarı rəngdə olur. Bir neçə il qabaq da bu iddialar meydana gəlmişdi və nazirlik təkzib etmişdi.

Hazırda bazarda kartof 50 qəpikdən başlanır. Azərbaycan isə Gürcüstandan kartof alır. O Gürcüstan ki, özü Ermənistandan alır.

Təhlükəli məqam odur ki, ixdal olunan kartoflar məhz Gürcüstandan gətirilir. Onların arasında dediyimiz xəstə məhsullar da ola bilər. Nəzarət məntəqəsində çalışanlar rüşvət alaraq xəstə kartofu ölkəyə buraxırlar.

Ulus.Az xəbər verir ki, V.Məhərrəmov bir neçə il əvvəl həyəcan təbili çalmışdı. O, Azərbaycana Ermənistandan boz çürümə və xərçəng xəstəliyinə yoluxmuş kartof idxalı təhlükəsi olduğunu demişdi.

Sitat: “Xərçəng xəstəliyi 20 il torpaqda qalma və geniş yayılma imkanı var. Həmin ərazidə kartof əkilərsə, məhsuldarlığa ciddi ziyan vura bilər.

Onun həm əmtəə görüşünü korlayır, həm də məhsulu elə bir vəziyyətə salır ki, onu istehlak etmək mümkün olmur. Boz çürüməni də bu sıraya daxil etmək olar.

O, katrofun şaxına keçərsə, onun inkişafını dayandırır, bitkidə fotosintez prosesi normal getmir. Xəstəliklərin hər iki qarantin obyektidir.

Ermənistanda geniş yayılmış bu xəstəliyin Azərbaycana gəlmək ehtimalı var. Bu məhsullar ölkəmizə Gürcüstan vasitəsilə gürcü məhsulu kimi daxil olur.

Sərhəd bölgəsində fitosanitar nəzarət gücləndirilməlidir. Bir müddət ölkəyə kartof idxalını ciddi nəzarət altında saxlamaq lazımdır. Təəssüf ki, Azərbaycan özünün kartofa olan ehtiyacını ödəyə bilmir.

Kənd Təsərrüfatı Nazirliyi hələ də, bu sahəyə fərqli istiqamətlərdən yanaşır. Qurum ölkənin kartofa olan təlabatını minimum həddə müəyyənləşdiriblər.
Qaynarxett.az