backend

Qurban Qurbanov tarixi qələbədən danışdı

Qurban Qurbanov tarixi qələbədən danışdı













Ölkəmizi Çempionlar Liqasında təmsil edən “Qarabağ” tarix yazıb.

Aztb.info xəbər verir ki, Ağdam təmsilçisi III təsnifat mərhələsinin cavab matçında “Şerif”ə 2:1 hesabı ilə qalib gəlməklə Azərbaycan futbolu tarixində ilk dəfə pley-offa adlayıb.

Qarşılaşmadan sonra Moldovadakı zəfəri şərh edən son ölkə çempionunun baş məşqçisi Qurnan Qurbanov bunları deyib:

“Olduqca çətin oyun oldu və belə olacağını da gözləyirdik. Futbolçular əzmkar mübarizə apardı və layiqli qələbə qazandı. Komandamı qələbə və pley-off-a yüksəlmək münasibətiylə təbrik edirəm. Bu mərhələdə oynamaq istəyirdik. Pley-off-da da çalışacağıq ki, yaxşı oyun göstərək. Bu gün bizi burada tək buraxmayan azarkeşlərimizə təşəkkürümü bildirirəm”.