backend

Azərbaycanlı deputat: “İstirahət etməyə pulum yoxdur”

Azərbaycanlı deputat: “İstirahət etməyə pulum yoxdur”













Milli Məclisin deputatı, Azərbaycan Sosial Demokrat Partiyasının sədri Araz Əlizadə müalicə olunmaq üçün xaricə gedib.

A.Əlizadə "Ölkə.Az”-a açıqlamasında hazırda Gürcüstanda müalicə olunduğunu bildirib.

Deputat bəzi həmkarlarından fərqli olaraq Gürcüstana istirahət üçün deyil, müalicə olunmaq üçün getdiyini söyləyib.

A.Əlizadə deyib: "Bəziləri deyirdi ki, Araz Əlizadə istirahət etmək üçün ABŞ-a gedib və sairə. Mənim ABŞ-da istirahət etməyə pulum yoxdur. Sadəcə olaraq, ötən dəfə ABŞ-a dəvət edildiyim bir konfransa getmişdim. Səfərin bütün xərclərini təşkilatçı ödəmişdi. Hazırda isə Gürcüstanda müalicə olunuram".