backend

"Doyarka" kəsmiyində nöqsan aşkar edilib - Xəbərdarlıq

"Doyarka" kəsmiyində nöqsan aşkar edilib - Xəbərdarlıq














İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti tərəfindən istehlak bazarında aparılan nəzarət tədbirləri zamanı Bakı şəhəri, Nərimanov rayonu, Ə.Qayıbov küçəsi, 5 ünvanında fəaliyyət göstərən fiziki şəxs Gülbala Qasımzadə tərəfindən istehsal olunan "Doyarka” adlı kəsmiyin etiketində onun saxlama temperaturunun düzgün göstərilmədiyi müəyyən olunub

Nazirlikdən verilən məlumata görə, saxlanma temperaturunun düzgün göstərilməməsi istehlakçıda çaşqınlıq yaratmaqla, məhsulun normativ sənədlərlə müəyyən edilmiş temperaturda saxlanılmamasına və nəticədə tərkibində insanların həyat və sağlamlığı üçün təhlükəli mikroorqanizmlərin miqdarının artmasına və keyfiyyətinin aşağı düşməsinə səbəb olur: "Bununla əlaqədar istehsal olunan məhsulların markalanmasının mövcud qanunvericiliyin tələblərinə uyğunlaşdırılması barədə fərdi sahibkar G.Qasımzadəyə müvafiq göstəriş verilib".

Məlumatda qeyd olunub ki, istehlak bazarında nəzarət tədbirləri davam etdirilir.