backend

"Türkiyəni işğal edəcəyik" - Erməni komandir SƏRSƏMLƏDİ

"Türkiyəni işğal edəcəyik" - Erməni komandir SƏRSƏMLƏDİ
Qarabağın işğal edilməsində iştirak edən erməni hərbçisi Arkadiy Karapetyan sərsəm açıqlama verib

Hayların qədim və sarsaq arzusunu dilə gətirən Karapetyan Ermənistanın Türkiyəni işğal edəcəyini söyləyib.

Ermənisan mətbuatına müsahibə verən erməni komandir Türkiyə və Rusiya arasında imzalanan "S-400" hava hücumundan müdafiə sisteminə toxunaraq ölkəsinin yeni işğal planlarından bəhs edib. "S-400"lərin müdafiə məqsədli olduğunu bildirən əliqanlı işğalçı komandir "Ermənistan Türkiyəni işğal edəndə" bu raketlərin işə yaramayacağını bildirib. Bu raketlərin vəziyyəti çətinləşdirməyəcəyini vurğulayan erməni hərbçisi Türkiyənin parçalanacağını iddia edib.

Rusiya və Ermənistan arasındakı müqaviləyə işarə edən erməni komandir Azərbaycan və Türkiyəni hədələyərək sərsəm "Böyük Ermənistan" xəyalını yada salıb.

Qaynarxett.az