backend

Bakıda bomba həyəcanı

Bakıda bomba həyəcanı






















Əraziyə cəlb olunan xilasedicilər mənzildə axtarış işləri aparıblar.

Gecə Bakının Binəqədi rayonu Səttar Bəhlulzadə küçəsi 31-də yaşayan Novruz Əhmədova məxsus mənzilə bomba qoyulması barədə məlumat daxil olub.

qaynarxett.az-un ANS PRESS-ə istinadən məlumatına görə, mənzildə olan telefona zəng edən naməlum şəxs oraya partlayıcı maddə qoyulması barədə ev sahibinin qızına xəbər verib.

Dərhal evi tərk edən sakinlər bu barədə polisi və Fövqəladə Hallar Nazirliyini xəbərdar ediblər.

Əraziyə cəlb olunan xilasedicilər mənzildə axtarış işləri aparıblar. Sonda isə mənzildə bomba olması barədə ev sahiblərinə verilən məlumat öz təsdiqini tapmayıb.

Bundan sonra isə sakinlərin mənzilə daxil olmasına icazə verilib. Hazırda hadisə ilə bağlı Binəqədi rayon Polis İdarəsində araşdırma aparılır. Əhmədovlar ailəsinin evinə bomba qoyulması barədə yalan məlumat verən şəxsin axtarışları isə davam etdirilir.