backend

Azərbaycanda orta maaş 440 manata çatdı – STATİSTİK

Azərbaycanda orta maaş 440 manata çatdı – STATİSTİK




















Ən çox qazananlar neft hasilatı, maliyyə və rabitə sahələrində işləyənlərdir.

2014-cü il avqustun 1-i vəziyyətinə ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1511,3 min nəfər olmuş, onlardan 894,8 min nəfəri iqtisadiyyatın dövlət bölməsində, 616,5 min nəfəri isə qeyri-dövlət bölməsində fəaliyyət göstərmişdir.

qaynarxett.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

“Muzdla işləyənlərin 22,5 faizi təhsildə, 18,8 faizi ticarət, nəqliyyat vasitələrinin təmiri sahəsində, 12,3 faizi sənayedə, 8,7 faizi əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsində, 6,7 faizi tikintidə, 5,0 faizi nəqliyyat və anbar təsərrüfatında, 3,8 faizi peşə, elmi və texniki fəaliyyət sahəsində, 3,0 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq sahəsində, 1,8 faizi informasiya və rabitə sahəsində və 17,4 faizi iqtisadiyyatın digər sahələrində məşğul olmuşlar.

2014-cü ilin yanvar-iyul aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əmək haqqı 440,8 manat olmuşdur”, - deyilir məlumatda.

Qeyd edək ki, iqtisadiyyatın mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyətində, informasiya və rabitədə, peşə, elmi və texniki fəaliyyət sahəsində, tikintidə orta aylıq nominal əmək haqqı daha yüksək olmuşdur.