backend

Azərbaycanda işsizlərin sayı artıb

Azərbaycanda işsizlərin sayı artıb




















Gəliri olanların sayı 4 mln. 556,5 min nəfərdir.


Azərbaycanda 2014-cü ilin I rübü ilə müqayisədə işsizlərin sayı II rübdə 0.5% artıb.

qaynarxett.az Marja-ya istinadən xəbər verir ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, II rübdə Ümumdünya Əmək Təşkilatının metodologiyası ilə 237,3 min işsiz olub. Bu, I rübdəkindən 1300 nəfər çoxdur.

Rəsmi statistikaya əsasən, ölkədə işsizlik səviyyəsi 5%-dir.

Məşğul, yəni gəliri olanların sayı 4 mln. 556,5 min nəfərdir.