backend

Şəmkirdə ağır qəza: Keçmiş baş həkim öldü, 4 nəfər yaralandı

Şəmkirdə ağır qəza: Keçmiş baş həkim öldü, 4 nəfər yaralandı















Şəmkir-Gədəbəy avtomobil yolunda ağır yol qəzası baş verib, ölən və yaralananlar var.

APA-nın xəbərinə görə, hadisə Şəmkir rayonunun Qasımalılar kəndi ərazisində qeydə alınıb. “Niva” və “Mercedes” markalı avtomobillərinin toqquşması nəticəsində “Niva”nın sərnişini, Gədəbəy rayon sakini, 1955-ci il təvəllüdlü Zahid Şirinov ağır vəziyyətdə xəstəxanaya aparılan zaman yolda dünyasını dəyişib.

Bundan başqa “Niva”nın sürücüsü, Gədəbəy rayon sakini, 1989-cu il təvəllüdlü Şirinov Rauf Zahid oğlu, həmçinin “Mercedes”də olan Şəmkir rayon sakinləri-1992-ci il təvəllüdlü Əsgərzadə Samir Fizuli oğlu, 1992-ci il təvəllüdlü Əliyev Rizvan Ərzuman oğlu və 1984-cü il təvəllüdlü Gədəbəy rayon sakini Həsənov Ceyhun Cavad oğlu müxtəlif bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər. Onlardan birnin vəziyyəti ağır, ikisinin vəziyyəti orta-ağır qiymətləndirilir. Dördüncü yaralının vəziyyəti isə normaldır.

Faktla bağlı Şəmkir Rayon Polis Şöbəsində araşdırma aparılır.

Qeyd edək ki, qəza nəticəsində dünyasını dəyişən şəxs Gədəbəy rayon poliklinikasının keçmiş baş həkimi olub.