backend

Muğanlı-İsmayıllı avtomobil yolunun üzərindəki körpü istifadəyə verilib

Muğanlı-İsmayıllı avtomobil yolunun üzərindəki körpü istifadəyə verilib




















Körpünün uzunluğu 6 metr təşkil edir.

Bu gün saat 10-20 radələrində Muğanlı-İsmayıllı avtomobil yolunun 33-cü kilometrliyində yerləşən körpü təmir işləri başa çatdığından nəqliyyat vasitələrinin hərəkəti üçün istifadəyə verilib.

qaynarxett.az APA-Economics-ə istinadən xəbər verir ki, bu barədə Nəqliyyat Nazirliyi “Azəryolservis” ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev bildirib.

P. Mürsəliyev bildirib ki, körpünün uzunluğu 6 metr, eni 8,5 metr olan bir aşırımlı körpüdə nəqliyyat vasitələrinin hərəkətinə qoyulan tam məhdudiyyət aradan qaldırılıb.

“Azəryolservis” rəsmisinin sözlərinə görə, sözügedən körpü 1979-cu ildə inşa olunub. Təmirdən öncə körpünün uzunluğu 2,3 metr, eni isə 9 metr idi.

“Bir aşırımlı körpü ağır təbiət hadisələrinin təsirindən, eyni zamanda dayaqlarında yuyulma və dayağın betonunda aşınma-dağılma olduğundan yararsız vəziyyətə düşmüşdü. İyun ayının sonunda körpü yararsız vəziyyətdə olduğundan nəqliyyat vasitələrinin hərəkəti üçün tam bağlanmışdı və onlara alternativ yol təklif olunmuşdu”, - deyə o bildirib.