backend

Son dəqiqə!!! IRAVANDA ZƏLZƏLƏ: Şəhər bir-birinə qarışıb - Dəhşətli qorxu və həyacan

Son dəqiqə!!!   IRAVANDA ZƏLZƏLƏ: Şəhər  bir-birinə qarışıb  - Dəhşətli qorxu və həyacan
Hakim klan əhalini sakitləşdirməyə çalışır

İlanların qorxu doğuran hücumundan sonra Təbiəti Mühafizə Nazirliyinin idarə rəisi, serpentoloq Aram Aqayan Ermənistan əhalisin sakitləşdərməyə çalışıb.

Onun sözlərinə görə, sürünənlərin bu cür fəallaşması əhalini elə də xüsusi narahat etməli deyil. Onların əhali ilə əlaqəsinin artması təsadüfi deyil. Serpentoloqun sözlərinə görə, məhz insanların təsərrüfat fəaliyyətinin arması ilanları öz yaşayış yerlərindən çıxmağa və şəhərlərə üz tutmağa məcbur edir. Düşünmək olardı ki, bu respublikada əvvələr heç vaxt əkin əkilməyib, məhsul götürülməyib.

Aqayanın sözlərinə görə, ilanların fəallaşmasını Ermənistandakı isti hava ilə əlaqələndirməyə dəyməz. Öz həmkarlarından fərqli olaraq, o, hesab edir ki, ilanlar isti havada kölgədə, ya da nəm yerlərdə olmağa üstünlük verirlər.

Ən maraqlı olan başqa məsələdir. Hər şeyi bilən ekspert yaşayış binasının 12-ci mərtəbəsində gürzənin aşkar edilməsi barədə rəsmi məlumatlara çox skeptik yanaşıb. Aqayanın sözlərinə görə, binanın hansısa sakini gürzəni 12-ci mərtəbə qaldıra bilər. Kimdirsə, çox cürətli ermənidir.

Aqayan həm də başqa bir tapıntını - Belarusun İrəvanadkı səfirliyinin binasında aşkar edilmiş ilan dərisini də şərh edib. Ekspert deyib ki, bunda heç bir qorxulu şey yoxdur. İlanlar dərilərini ildə 3-4 dəfə dəyişir. Amma Aqayan bir sualı cavabsız qoyub. Onun öz vətəndaşlarını sakitləşdirmək cəhdləri yaxşı heç nə vəd vermir. Xüsusilə də, onun Ermənistanda olan zəhərli ilanlar və onların sancmasınadan sonra baş verənləri sadalamasından sonra. Onun çıxışı ilə tanış olanların kefi xeyli pisləşib.

Əhalinin əksəriyyəti burada yaşayan yaşlı adamlara daha çox inanırlar. Onlar öz həyatları boyu belə şey görmədiklərini deyirlər. Buna görə ilan hücumunun İrəvan siyasətçiləri tərəfindən törədilən əməllərə görə Tanrı bəlası olduğunu düşünürlər. Buna görə, çoxları bu gün sanırlar ki, ilanlar məhz bu siyasətçilərin evlərinə girsəydi və onların yaradıcılıq prosesinə mane olsaydı, daha məntiqli olardı.

Mais Məmmədov, əməkdar jurnalist