backend

TƏCİLİ!!! Günün ən gözəl XƏBƏRİ: Ölkə “qara zolaq”dan çıxır...

TƏCİLİ!!! Günün ən gözəl XƏBƏRİ: Ölkə “qara zolaq”dan çıxır...

Ölkə “qara zolaq”dan çıxır... Hakimiyyət investisiya bazarını necə dirildir? - Faktlar

Azərbaycan kapital qoyuluşunda nəinki MDB məkanında lider dövlətdir, hətta bir çox Şərqi Avropa ölkələrindən öndədir

Bu barədə Ulus.Az-ın İqtisadiyyat Şöbəsi məlumat yayıb.

Bu ilin altı ayında ölkə iqtisadiyyatına 5 milyard dollar sərmayə qoyulub. Bu gün sərmayə qoyuluşu demək olar ki. bütün ölkələrdə azalır.

Çünki maliyyə sıxıntıları, problemlər var. Amma Azərbaycana sərmayə qoyulur və bu sərmayənin böyük hissəsi xarici sərmayədir. Yəni xarici investorlar üçün Azərbaycan çox cəlbedici ölkədir.

Ölkəmizdə investisiya təşviqi mexanizmi uğurla icra olunur. Bu mexanizm işə düşəndən sonra ölkə iqtisadiyyatına 1,6 milyard manat dəyərində investisiya qoyulub.

Sözsüz ki, kapital qoyuluşu, sahibkarlara güzəştli kreditlərin verilməsi və investisiya təşviqi mexanizmlərinin işə düşməsi nəticəsiz qala bilməzdi. Buna görə də cari ildə 122 min yeni iş yeri açılıb ki, onun da 101 mini daimidir.

Ölkənin iqtisadi inkişafının müxtəlif sahələrinə dövlət tərəfindən ardıcıl olaraq kapital qoyulur. Bu, xüsusilə infrastruktur layihələrində özünü daha qabarıq göstərir.

Ulus.Az-ın İqtisadiyyat Şöbəsi məlumat yayıb ki, yatırılan sərmayənin 69,8 faizi qeyri-dövlət sektorunun sərmayədarları tərəfindən qoyulub. Bu da ölkədə sahibkarlar tərəfindən iqtisadiyyata kapital qoyuluşunda fəallaşmanın təzahürüdür.

Beləliklə, daxili mənbələrdən əsas kapitala yönəldilən vəsaitin dəyəri ümumi sərmayənin 40 faizini təşkil edib.

Əsas kapitala yönəldilən sərmayədə müəssisə və təşkilatlar, banklar, büdcə tərəfindən ödənilən vəsaitlər, büdcədənkənar fondların sərmayələri, əhalinin şəxsi vəsaitləri önəmli yer tutur.

Kapital qoyuluşu, eyni zamanda tikinti sektorunda canlanmaya səbəb olub. Belə ki, yanvar-may aylarında inşaat sektorunda işçilərin orta siyahı sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1 faiz artaraq 93,8 min nəfər olub.

Onların orta aylıq əməkhaqqı 821,4 manat təşkil edib. Bu sahədə əməkhaqqını daha çox binaların tikintisində və mülki təyinatlı inşaat işlərində çalışanlar alıb.

Son illər ölkəmizdə qeyri-neft iqtisadiyyatının inkişaf etdirilməsi, xüsusilə aqrar sektorun, onun bir istiqaməti olan ənənəvi sahələrin dirçəldilməsi prioritet məsələlərdəndir.

Tütünçülük, baramaçılıq və fındıqçılıq da hələ uzun illər öncə Azərbaycanda ənənəvi və ixracyönümlü sahələrdən olub. Hazırda bu sahələrin daha da inkişaf etdirilməsinə mühüm dövlət dəstəyi göstərilir.

Qaxda keçirilən respublika müşavirəsində Prezident İlham Əliyev bir daha bu məsələlərə toxunub, mövcud vəziyyətdən və perspektivdən danışıb.

Dövlətimizin başçısının həmin müşavirədə qarşıya qoyduğu tapşırıq və vəzifələrin yerinə yetirilməsi məşğulluğun təmin olunmasına, insanların əlavə qazanc əldə etmələrinə, ixracın artırılmasına və ölkəyə valyuta axınına səbəb olacaq.