"Kopenhagen"lə oyundan öncə "Qarabağ"da ciddi itki

İdman 10-08-2017, 08:49
"Kopenhagen"lə oyundan öncə "Qarabağ"da ciddi itki














"Qarabağ" ciddi itki ilə üzləşib. Fanat.az xəbər verir ki, Ağdam klubunun yeni transferlərindən olan Donald Gerye sıradan çıxıb.

Zədə alan Haiti yığmasının üzvü böyük ehtimalla Premyer Liqanın ilk turunda "Neftçi"yə qarşı oynamayacaq. Onun avqustun 15-də Çempionlar Liqasında "Kopenhagen"ə qarşı forma geyinib-geyinməycəyi hələ bilinmir.

Qeyd edək ki, Donald Gerye bu yay "Alanyaspor"dan "Qarabağ"a keçib. "Transfermarkt"ın 800 min avro qiymət qoyduğu haitili yarımmüdafiəçi Çempionlar Liqasında keçirdiyi 4 oyunda 2 qol vurub.
Oxunub: 423
OXŞAR MÖVZULAR
loading...
ÇOX OXUNANLAR
SOSİAL ŞƏBƏKƏ
TƏQVİM
«    İyun 2019    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
24252627282930


ILK-10